Fələstinin HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağında saxlanılan və anklavda atəşkəs sazişinin birinci mərhələsində azad edilməsi planlaşdırılan israilli girovların siyahısını təqdim edib. Sənəddə girovlar haqqında zəruri məlumat var.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə HƏMAS-ın rəsmi "Telegram" kanalında dərc edilmiş bəyanatda deyilir.
"HƏMAS vasitəçilərə Qəzzada atəşkəs sazişinin birinci mərhələsində azad ediləcək əsirlərin (girovların) siyahısı ilə bağlı zəruri məlumatı təqdim edib", - deyə bəyanatda bildirilib.
Hərəkat siyahıda neçə adın olduğunu və konkret hansı məlumatdan söhbət getdiyini açıqlamayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi siyahının alındığını təsdiqləyib.