
Erməni cəmiyyəti aşınıb: Qərib Babayanın həbsi bunun ən bariz nümunəsidir
11:16 03.02.2025
Aktual
677
Qərib Babayanın “Qarabağ” mahnısını oxuyanların görüntülərini paylaşdığı üçün saxlanılması ciddi siqnaldır.
Bunu erməni türkoloq Varujan Geqamyan deyib.
Onun sözlərinə görə, həbs hadisəsi bir neçə səbəbə görə təhlükəlidir:
“Birincisi, bu, ilk növbədə, söz azadlığının məhdudlaşdırılmasıdır. İkincisi, Ermənistanda Türkiyə əleyhinə gündəmin məhdudlaşdırılmasıdır. Üçüncüsü, Ermənistanda Türkiyə və Azərbaycana zidd hərəkətləri, proqramları, addımları, təşəbbüsləri qadağan etməyə çalışırlar. Bu, ilk belə hadisə deyil, məsələn, “artsax”ın (məhv olmuş terrorçu rejim – red.) xəritəsinin Milli Assambleyanın zalından çıxarılması buna nümunədir.
Sonuncusu, bu tendensiya Türkiyə-Azərbaycan müşahidə qüvvələrinin Ermənistanda yerləşdirilməsinə qədər çatacaq. Mən şişirtmirəm. Məsələn, 1918-ci il Batum müqaviləsinə əsasən türk zabitləri ermənilərin türk qoşunlarının Ermənistanda hərəkətinə mane olmamaları üçün bütün erməni stansiyalarında və yollarında yerləşdirilməli idi. Proses ona doğru gedir”.
Politoloq Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, Ermənistan Təhlükəsizlik Xidməti həbsin səbəbini belə açıqlayır ki, Azərbaycan dilinin burada istifadə olunması qadağan deyil, amma burada hər hansı düşmənçilik hisslərini formalaşdıran notlar mövcuddur. Bu, tam əsassızdır:

"Qərib Babayan "Qarabağ" mahnısının oxunduğu görüntüləri ilk yaymasına görə İrəvan məhkəməsi onun haqqında həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərar verməkdən imtina edib. Sadəcə ona münasibətdə kütləvi çıxışların edilməsi kimi bəzi məhdudiyyətlər tətbiq olunub. Bu, onu göstərir ki, özünü demokratiya adlandıran Ermənistanda ümumiyyətlə söz azadlığından heç bir əsər-əlamət yoxdur. Xüsusilə də Azərbaycan dilində Qarabağ haqqında mahnının oxunduğu görüntülərin yayılmasına görə şəxs təqiblərə məruz qalırsa, bu, Ermənistan cəmiyyətinin nə dərəcədə aşındığını və hakimiyyətin isə "cılız xarakterli" olduğunu göstərir. Ümumiyyətlə rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını səmimiyyətdən çox uzaq olaraq bildirir. Çünki Paşinyan dəfələrlə qeyd edib ki, Azərbaycanın sərhədləri 86.6 min kvadratkilometr çərçivəsindədir".
Politoloq əlavə edib ki, bununla Ermənistan sülh prosesində də saxtakar olduğunu bəyan edir:
"Ən azından bu istiqamətdə istənilən cəhdin qarşısı alına bilərdi. İrəvan nümayiş etdirə bilərdi ki, həqiqətən də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz görürük ki, bu, heç də belə deyil. Ümumiyyətlə bütün bunlar Ermənistanla gələcək təmaslarda çox ehtiyatlı olmağın vacibliyini göstərir. Üstəlik, gələcəkdə Azərbaycana qarşı təxribatlar törədəcəklərinə işarə edir. Bu mənada diqqətli olub qabaqlayıcı addımlar atmaq çox vacibdir. Azərbaycan mediası bu məsələ ilə bağlı geniş təhlillər apararsa və ictimai münasibət sərgilənərsə, Ermənistana təsirli cavab olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur