Şizofreniya xəstələrinin sayı getdikcə artır - SƏBƏB DƏHŞƏTLİDİR
Yusif Nəzərli
21:19 05.02.2025
Sağlamlıq
565
Alimlər ”tək bir səbəbi var” deyirlər
Ottava Universiteti tərəfindən aparılan bir araşdırma şizofreniya hallarının artmasının narkotik tərkibli maddələrdən istifadə ilə əlaqəli ola biləcəyi ehtimalını irəli sürüb.
“Sherg.az” “NTV.com.tr”yə əsasən bildirir ki, son illərdə dünyada şizofreniya xəstələrinin sayı getdikcə artır. Marixuananın aktiv maddələrindən biri olan THC beynin əhvali-ruhiyyə, diqqət və yaddaşla əlaqəli sahələrinə təsir edərək dopamin ifraz edir. Uzunmüddətli və müntəzəm istifadə ilə bu siqnallar pozula bilər və psixiatrik xəstəlik riski arta bilər. Araşdırmalar göstərir ki, marixuana istifadəsi şizofreniya, yuxusuzluq, sosial narahatlıq pozuqluğu və intihar düşüncələri də daxil olmaqla ciddi psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Şizofreniyanın dəqiq səbəbləri hələ də tam olaraq öyrənilməsə də; Genetik faktorlar, beyin kimyasındakı anormallıqlar, immun sistem pozğunluqları şizofreniyanın inkişafına səbəb olan amillərdəndir. Şizofreniya adətən 16-30 yaşları arasında başlayır və halüsinasiyalar, qarışıq düşüncələr və sosial izolyasiya kimi simptomlarla özünü göstərir. Məlumdur ki, dünya əhalisinin təxminən yüzdə 1-i şizofreniyadan əziyyət çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi