
Analitik: USAID kimi fondların fəaliyyətlərinin məhdudlaşdırılması vacibdir
Yusif Nəzərli
12:35 25.03.2025
Siyasət
628
ABŞ öz maraqlarını qorumaq və dünyada təsirini artırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Bu vasitələrdən biri də, xüsusən inkişaf etməkdə olan və ya ABŞ-nin maraqlarına uyğun olmayan ölkələrdə demokratiya və insan hüquqları adı altında həyata keçirilən dövlət çevrilişləri və siyasi dəyişikliklərdir. ABŞ-nin mərkəzi kəşfiyyat idarəsi ilə sıx əməkdaşlıq edən müxtəlif qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və fondlar bu məqsədlə fəaliyyət göstərirlər. Lakin bu fəaliyyətlər, beynəlxalq normalara zidd olaraq, başqa dövlətlərin daxili işlərinə müdaxilə etməkdədir.
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxilə etməsi və bu müdaxilələrin beynəlxalq qaydalara uyğun olub-olmamasından söz açıb:

"ABŞ-nin bəzi fondları, Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə fəaliyyət göstərir. Bu təşkilatlar arasında Soros Fondu, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi, bəzi kütləvi informasiya vasitələri: Azadlıq Radiosu, Amerikanın Səsi kimi radiolar var. Bu cür kütləvi informasiya vasitələri, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə əməkdaşlıq edir. Bu təşkilatlar, müxtəlif dövlətlərdə demokratiya ideyası adı altında dövlət çevrilişləri həyata keçirirlər. Hansı dövlət ki, ABŞ-nin maraqlarına uyğun gəlirsə, orada demokratiya var, hansı dövlət ki, maraqlarına uyğun deyil, orada antidemokratik cəmiyyət və ya diktatura rejimi olduğunu bəyan edərək, bu fondlar vasitəsilə ictimai rəyə təsir edirlər. Ayrı-ayrı qeyri-hökumət təşkilatları və ya KİV-lər vasitəsilə təzyiq edərək, cəmiyyətləri öz təsirləri altına salırlar. Bu şəbəkələr vasitəsilə ABŞ-nin maraqlarına uyğun addımlar atırlar. Biz bunu yaxın vaxtlarda Gürcüstanda, Ermənistanda və Ukraynada gördük. Həmçinin, Ərəb Baharı adı altında ərəb ölkələrində də dövlət çevrilişləri baş verir. Bu fondlar vasitəsilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə paralel əməkdaşlıq edilir".
Ekspert ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin və Soros Fondunun çirkli pulların yuyulması mexanizmində də adlarının hallandıqlarına diqqət çəkib:
"ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra bu fondların araşdırılması başlanılıb. Fondda küllü miqdarda vəsaitin mənimsənilməsi faktları aşkar edilib. Bu səbəbdən, bu təşkilatların fəaliyyətinin məhdudlaşdırılması və bəzilərinin bağlanması ehtimalı gündəmə gəlib. Lakin hesab edirəm ki, ABŞ-nin xarici siyasətinə xidmət edən fondlar, xüsusilə Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti ilə əməkdaşlıq edənlər, yenə də öz funksiyalarını yerinə yetirəcəklər. Sadəcə, fəaliyyət istiqamətlərini bir qədər dəyişəcəklər. Çünki bu fondlar ABŞ-nin xarici siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.
İstər Azadlıq Radiosu, istər Amerikanın Səsi, istərsə də QHT-ləri və KİV-ləri maliyyələşdirən təşkilatlar, başqa dövlətlərin daxili işlərinə müdaxilə etməklə beynəlxalq normalara zidd hərəkət edirlər. Lakin ABŞ bu mexanizmləri insan haqları və demokratiyanın müdafiəsi adı altında həyata keçirir. Bunları öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edir. Bu isə qəbuledilməzdir. Çünki bu, başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək deməkdir".
Politoloq sonda bu cür fondların fəaliyyətlərinin məhdudlaşdırılmasının vacib olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya