Lukaşenko yeddinci dəfə prezident oldu: Müxalifəti aşağıladı
Yusif Nəzərli
22:28 25.03.2025
Siyasət
456
Belarus prezidenti Aleksandr Lukaşenko seçkilərdən sonra yeddinci prezidentlik müddətinə başlayıb. Minskdə keçirilən andiçmə mərasimində çıxış edən Lukaşenko Rusiya ilə münasibətləri yüksək qiymətləndirərək, sürgündə olan müxalifətin “gələcəyi olmadığını” iddia edib.
Sherg.az xəyər verir ki, yanvarda keçirilən prezident seçkilərindən sonra vəzifəyə başlayan və müxalifət tərəfindən “fırıldaqçı” kimi qiymətləndirilən Lukaşenko mərasimdəki çıxışında ölkəsinin sabitliyini qorumaq əzmini vurğulayıb.
“Belarus Respublikasının Prezidenti kimi and içirəm ki, belarus xalqına sədaqətlə xidmət edəcəyəm, şəxsiyyətin və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağam və müdafiə edəcəyəm, Belarus Respublikasının Konstitusiyasına riayət edəcəyəm və qoruyacağam”, - Lukaşenko deyib.
Lukaşenko mühacirətdə olan Belarus müxalifətinə sərt mesajlar verib: "Sən bizə əlimizdə olanı qorumağı və qiymətləndirməyi öyrətdin. Xalq hər şeyi görür. Sizin heç bir dəstəyiniz yoxdur və olmayacaq. Sizin birliyimizə qarşı çıxacaq heç bir şeyiniz yoxdur".
Müxalifəti ölkəyə qarşı sanksiyaları təşviq etməkdə ittiham edən Lukaşenko deyib: "Vətəni qrantlara satan sizlərə sayənizdə biz gücləndik. Siz bizim dincliyimizi təhlükəyə atdığınız halda, biz onu müdafiə edirik. Siz öz ağalarınızdan sanksiyalar, bombalar üçün yalvardığınız halda, bizim rifahımızı təmin edirik".
Lukaşenko Belarusun böyük bir geosiyasi böhran astanasında olduğunu iddia edərək qlobal hadisələrə də toxunaraq, "Dünya sarsılır. Bir böhran sürətlə digərinin ardınca gedir. Qaynar nöqtələr artır. Ətrafımızda gərginlik artmaqdadır. NATO qoşunları qapımızın ağzındadır və Belarusun münaqişənin qarşısını almaq üçün əlindən gələni edir" deyib.
Belarusun tək olmadığını bildirən Lukaşenko, ölkəsinin beynəlxalq dəstək aldığını da əlavə edərək, "Xoşbəxtlikdən bizim çoxlu dostlarımız və müttəfiqlərimiz var. Qardaş Rusiya, Böyük Çin, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi təşkilatlardakı tərəfdaşlarımız... " deyə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region