
İrəvan paralel siyasət yürüdür və müharibəyə hazırlaşır -AKTUAL
Yusif Nəzərli
23:01 03.04.2025
Cənubi Qafqaz
590
Azərbaycanın mövqelərinin atəşə tutulması da bu hazırlığın tərkib hissəsidir
"Ermənistan həmişəki ampluasındadır. Bu ölkə eyni vaxtda həm sülhdən danışır, həm də silahları işə salır, sərhədlərimizdə təxribatlar törədir, yeni hərbi eskalasiyaya rəvac verir".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
Siyasi şərhçi bildirib ki, sülh sazişinin mətni üzərində danışıqların başa çatdığının elan edilməsindən sonra atəşkəsin pozulması halları İrəvanın sülh bəyanatlarının səmimi olmadığını göstərir:

"Bu cür sülh siyasəti olmur. Sülh istəyən ölkə silahların "dil"i ilə danışmaz. Real sülhün bərqərar olması üçün Ermənistan hakimiyyəti çevik siyasət yürütməli və ilk növbədə rəsmi Bakının tələblərinin yerinə yetirilməsi istiqamətində vaxt itirmədən hərəkətə keçməlidir. Ermənistan yalnız bu addımları atmaqla özünün gerçək sülh tərəfdarı olduğunu sübut edə bilər. Bu addımların atılması həmçinin Ermənistan ictimai rəyinin sülhə fokuslandırılması baxımından da əhəmiyyətlidir. Lakin çox təəssüf ki, Paşinyanın siyasi iradəsizliyi bu addımların atılmasını ləngidir. Daxili auditoriyanın sülh prosesinə təpki göstərəcəyindən ehtiyatlanan Paşinyan ənənəvi təxribat üsullarına əl atır".
Ekspert vurğulayıb ki, Ermənistanın təxribat törətməsi, mövqelərimizi atəşə tutması heç şübhəsiz ki, sülh prosesini ləngitmək, vaxt qazanmaq məqsədinə xidmət edir:
"Görünən budur ki, İrəvan paralel siyasət yürüdür və müharibəyə hazırlaşır. Azərbaycanın mövqelərinin atəşə tutulması da bu hazırlığın tərkib hissəsidir. Lakin Paşinyan unudur ki, bu cür klassik təxribat addımları bir qayda olaraq Ermənistan üçün həmişə acınacaqlı nəticələrlə bitir. Təxribatlar törətməklə sülh prosesini ləngitmək ağılsızlıqdır. Ermənistanın sərhəddə təxribatlar törətməsi reallıq hissini itirməyin göstəricisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya