
Ermənistan hələ gözləmə mövqeyindədir - RƏY
Yusif Nəzərli
06:52 05.04.2025
Cənubi Qafqaz
591
İrəvan üçün mövqeyini dəyişmək, Qərbi, Avropanı Rusiya ilə əvəzləmək "2x2" kimi asan məsələdir
Rəsmi Moskva Ermənistanı Aİİ və Aİ arasında seçim etməyə çağırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, eyni anda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı kimi fərqli mövqelərə malik qurumlara üzvlük mümkün deyil. Lakin son qərarı məhz Ermənistan verməlidir. O, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqından fərqli olaraq bərabərhüquqlu dövlətlərin birliyi adlandırıb. Mixail Qaluzin deyib ki, Aİ Brüsseldəki bürokratların Rusiya əleyhinə verdiyi qərarlar çərçivəsində fəaliyyət göstərir. Mixail Qaluzin bildirib ki, hansı tərəfdə olmaqla bağlı son qərarı Ermənistan verməlidir: "Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlüyün qazandıracağı üstünlüklər izah ediləcək. Bu, əhalidə obyektiv təsəvvürün yaranmasına imkan verəcək". Qaluzin sonda Ermənistanın öz inkişaf vektorunu sərbəst şəkildə seçə bilən suveren dövlət olduğunu qeyd edib.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, indiki halda Ermənistan hələ gözləmə mövqeyindədir. Ekspertin sözlərinə görə, İrəvan hökuməti Rusiya-Ukrayna müharibəsinin yekun nəticəsini və Qərbin Ermənistanı hansı formada dəstəkləyəcəyini gözləyir:

"Əslində, Ermənistan üçün mövqeyini dəyişmək, Qərbi, Avropanı Rusiya ilə əvəzləmək "2x2" kimi asan məsələdir. Uzun illər boyu Rusiyanın himayəsində olan, bu ölkədən çoxsaylı yardımlar, dotasiyalar alan bir ölkənin yeni hakimiyyəti anidən öz siyasətini dəyişdi. Ancaq indi daha konkret addım atmaq üçün Ukrayna ilə savaşın yekunlaşmasını gözləyir. Müharibədən çıxacaq nəticələr İrəvan hökumətinin hansı istiqamətdə addım atacağını göstərəcək. Xatırladım ki, bir müddət öncə Nikol Paşinyan öz xanımını humanitar yardımla birlikdə Ukraynaya göndərmişdi. Halbuki, hələ də Ermənistan rəsmən Rusiya ilə müttəfiqdir".
S.Hümbətovun fikrincə, ümumən Ermənistan hökuməti özü də qərarlaşdıra bilmir ki, hazırda Avropa Birliyi, yoxsa Avrasiya İqtisadi İttifaqı ona daha genişmiqyaslı maliyyə dəstəyi göstərə bilər:
"Ermənistanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına çıxarılır. Avropanın nə qədər imtiyaz göstərəcəyi bəlli deyil. O baxımdan düşünürəm ki, Paşinyan strateji gedişdən daha çox hadisələrin gedişatını gözləyir. Rusiya məqsədli şəkildə Ermənistanın üzərinə sərt getmir, sadəcə bəyanatlar səsləndirir. Moskvanın İrəvana təzyiqləri artırması Ermənistanın Rusiyadan uzaqlaşmasına əlavə bəhanə olacaq. Digər bir məqam isə Avropa İttifaqı daxilində bütün ölkələrin Ermənistana eyni mövqedən yanaşmamasıdır. Bu da açıq qalan məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat