Meksikada tarixində ilk dəfə quş qripinə yoluxma halı aşkarlanıb

Meksikada üç yaşlı qızda quş qripi aşkar edilib, bu, ölkədə ilk belə haldır.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Meksika vətəndaşının H5N1 virusuna yoluxması faktı Diaqnostika və Epidemioloji Nəzarət İnstitutundan daxil olub.

Meksikanın şimal-şərqində Torreon şəhərində həkimlərin nəzarətində olan xəstənin vəziyyəti ağır qiymətləndirilir.