NATO-nun baş katibindən Avropa liderlərinə tövsiyə: "Daha çox televizora baxın"

NATO-nun baş katibi Mark Rütte Avropa liderlərini daha çox televiziyaya baxmağa və ABŞ-nin ali rəhbərliyini dinləməyə çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" kanalı məlumat verib.

Məlumata görə, Rütte bu sözləri Vaşinqtonun Şimali Atlantika Alyansını tərk edə biləcəyi ilə bağlı müzakirələri şərh edərkən deyib.

O vurğulayıb ki, ABŞ NATO-ya və təşkilatın kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsinə qətiyyətlə sadiqdir. Mark Rütte qeyd edib ki, Vaşinqton nüvə çəkindirməsi də daxil olmaqla, əsas təminatçıdır.

"Mən NATO-dan söhbət getdikdə bütün avropalı həmkarlarımı "ABŞ NATO-ya sadiqdirmi?" sualı ilə narahat olmaq əvəzinə, televizoru açmağa və bəzən ​​ABŞ rəhbərliyini dinləməyə çağırıram. Cavab - bəli", - deyə alyansın baş katibi bildirib.