Mən Ərdoğanı sevirəm, mətbuat isə qəzəblənir

Mən Ərdoğanı sevirəm, o da məni sevir. Mətbuatın Ərdoğanı sevməyimə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.

Türkiyə ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayan Tramp Ankaranı təbrik edib:

“Ərdoğan Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan həqiqətən güclü və çox ağıllı insandır. Heç kimin bacara bilmədiyi şeyə nail oldu. Biz bunun haqqını verməliyik”.

Tramp İsrail Baş naziri Benyamin Netanyahuya Türkiyə ilə hər hansı problemi varsa, onu həll edə biləcəyini, amma məntiqli davranmalı olduğunu da bildirib.