90 yaşı var -3 dil bilir, 70 ildir kitab oxuyur
Yusif Nəzərli
23:25 08.04.2025
Maraqlı
619
90 yaşını haqlamış Qasım Günəş təhsil almayıb, məktəbə heç getməyib. Buna rəğmən 3 dil bilir, kitabları isə əlindən yerə qoymur. 70 ildir maraq dairəsində olan kitabları oxuyur. Qasım Günəş övladlarına, nəvələrinə və nəticələrinə də kitab oxumaq vərdişi aşılayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Türkiyənin Mardin bölgəsi Artuklu əyalətində yaşayan, əkinçilik və heyvandarlıqla məşğul olan Qasım dədənin uşaq vaxtı məktəbə getməyə imkanı olmayıb, amma ailənin böyüklərindən yazıb-oxumağı öyrənib. 7 övladı və 60 nəvəsi olan, ərəb dili ilə yanaşı türk və kürd dillərini də bilən Qasım Günəş gənclik illərindən bəri kitab oxumağa həvəs göstərib. O illərdən bəri heç kitablarını yerə qoymayan Günəş yaşının çoxalmasına baxmayaraq, vaxtının çoxunu yenə də kitab oxumaqla keçirir. Oğlunun evində yaşayan Günəş bu vərdişi aşıladığı uşaqları və nəvələri ilə də birlikdə kitab oxuyur. Qasım Günəş AA-ya açıqlamasında ərəbcə və kürdcə oxumağı 6 yaşında atasından və əmisindən, əsgərliyə getməzdən əvvəl isə türkcə öyrəndiyini deyib. O illərdən bəri əlindən kitab qoymadığını bildirən Günəş "Oxumağı çox sevirəm. Vaxtımı kitab oxumaqla keçirməyi sevirəm. Kitab oxumaq yaxşıdır. 70 ildir kitab oxuyuram. Hər kəsin kitab oxumasını istəyirəm" deyib. Oğlu Şeyhmus Günəş atasının kitab oxumağı sevməsinin hər kəsə nümunə olduğunu bildirib. “Üç dildə, türkcə, ərəbcə və kürdcə kitablar oxuyur. Səhər namazında oyanır, Quran oxuyur. Sonra bir az yatır. Yuxudan duranda yenidən oxumağa başlayır. Bütün günü belə kitablar oxuyur. İslam tarixi ilə çox maraqlanır. İslam tarixini demək olar ki, əzbərləyir. Bəzən uzanıb, bəzən də atamın kitabını ayaq üstə oxuyur. Bizə örnək, onun nəvələri və övladları onun ardınca kitab oxumağı çox sevirlər”, söyləyib. Atasına 3 il əvvəl altsheymer diaqnozu qoyulduğunu bildirən Günəş, kitab oxumağın da bu xəstəliyin təsirini gecikdirdiyini bildirib. Şeyhmus Günəş altsheymer xəstəliyinin ən yaxşı dərmanının kitab oxumaq olduğuna diqqət çəkərək, "Kitab oxumaq onun üçün bir növ dərmandır, unutqanlığını sağaldır. Kitab oxumasaydı, althseymer xəstəliyi daha da inkişaf etmiş bir mərhələyə keçərdi və çox şeyi xatırlamazdı. Uşaqlığını, gəncliyini tez-tez xatırlayır, məndən yeni kitablar istəyir, gətirirəm, onları oxuyub bitirdikdə yenilərini istəyir”, deyib. Günəş birlikdə kitab oxumağın ailə bağlarını gücləndirdiyini də əlavə edib. Qasım Günəşin nəvələrindən olan 10 yaşlı Muhsin Günəş babasının kitab oxumağı çox sevdiyini, ondan nümunə götürərək tez-tez kitab oxuduqlarını bildirib. Babasının yanında ucadan kitab oxuduğunu açıqlayan Günəş, "Kitab oxumağı çox sevirəm. Uzun yola çıxanda özümlə kitab götürüb oxuyuram. Babam yaşına çatana qədər kitab oxumaq istəyirəm. Babam mənə örnəkdir" deyib. Nəvəsi 3-cü sinif şagirdi Elif Azra Günəş də kitab oxumağın çox gözəl hiss olduğunu vurğulayaraq, babasının onlara örnək olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya