
İT mütəxəssisi: Kiberfırıldaqçılar istifadəçiləri panikaya salaraq, tez bir zamanda hərəkət etməyə sövq edir
12:00 09.04.2025
Texnologiya
417
Aprelin 8-də müxtəlif kiber üsullarla vətəndaşların 87 067 manatı talanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir: "Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, bu tip hallarının əsas səbəbi fişinq (phishing) hücumları, saxta linklər vasitəsilə istifadəçi məlumatlarının ələ keçirilməsi və ya mobil cihazlara zərərli proqramların yüklənməsi kimi üsullardır:

“Hücum edənlər əsasən istifadəçilərin diqqətsizliyindən vəys şəxsi məlumatların qorunmasında yol verilən boşluqlardan istifadə edirlər. Ümumiyyətcə bu cür kiberfırıldaqlar adətən bank və ya rəsmi qurum adından göndərilən saxta SMS və e-poçtlar, sosial şəbəkələrdə yayılan “kampaniya” və “lotereya” adları ilə təqdim olunan linklər, eləcə də tanımadığınız nömrələrdən gələn zənglər vasitəsilə həyata keçirilir. Hücum edənlər istifadəçiləri panikaya salaraq, tez bir zamanda hərəkət etməyə sövq edir məsələn, “hesabınız bağlanacaq”, “kartınız bloklanıb”, “təcili giriş edin” kimi mesajlarla. Bu hallarda istifadəçi şəxsi məlumatlarını kart nömrəsini, CVV kodunu və ya SMS təsdiq şifrəsini özü təqdim etmiş olur. İnsanların bu cür hallardan qorunması üçün bir neçə əsas addım atılmalıdır. İlk növbədə, heç bir halda tanımadığınız mənbədən gələn linklərə klikləməmək, şübhəli SMS və e-poçtlardakı keçidlərə daxil olmamaq və rəsmi qurumlarla yalnız onların təsdiqlənmiş kanalları vasitəsilə əlaqə saxlamaq vacibdir. Eyni zamanda, iki faktorlu autentifikasiya (2FA) sistemlərindən istifadə edilməli, kart məlumatları heç kimlə, hətta “banka məxsus əməkdaş” olduğunu iddia edən şəxslərlə belə paylaşılmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya