
Vasitəçilik uğrunda mübarizə: Kreml “Sülh müqaviləsində Moskvanın rolu var” ifadəsi üçün çalışır
12:23 09.04.2025
Cənubi Qafqaz
348
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Bakı və İrəvanı təmkinli olmağa, deeskalasiya ilə bağlı addımlar atmağa, gərginliyə gətirib çıxaracaq hər hansı fəaliyyətdən qaçmağa çağırıb: “Bütün zəruri məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”. Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası sülh müqaviləsinin imzalanması üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında, habelə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq nəqliyyat kommunikasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında və humanitar məsələlərin həllində tərəfdaşlarına kömək etməyə hazırdır.
Politoloq Kazım Kazımov “Sherg.az”a vurğulayıb ki, bu gün həm Moskva və Brüsselin həm də, Vaşinqton və digər ölkələrin Ermənistan-Azərbaycan sərhəd delimitasiya, sülh müqaviləsinin imzalanmasıyla bağlı müəyyən maraqları var:

“Həmin maraqların əsas səbəbi 30 il həll edilməyən konfliktin 2020-ci ildə Azərbaycan tərəfindən yekunlaşmasıyla bağlıdır. Sadəcə olaraq Ermənistan tərəfindən qaynaqlanan texniki və siyasi problemlər mövcuddur. Ermənistan bilərək Azərbaycanın torpaq bütünlüyünü tanımağa çalışmır. Buna görə də sülh müqaviləsinin imzalanması yubanır. Əgər hansısa ölkənin vasitəçiliyi ilə sülh müqaviləsi imzalansa, bu həmin ölkə üçün böyük prestij deməkdir. Müxtəlif ölkələrdən gələn bu kimi açıqlamaların əsas səbəbi budur. Hesab edirəm ki, bu çıxış “Sülh müqaviləsinin imzalanmasında Moskvanın rolu var” ifadəsinin vurğulanması üçün atılan addımdır. Sülh müqaviləsinin nə vaxt imzalanması İrəvam və Bakının verəcəyi qərardır. Azərbaycan bütün təkliflərə açıqdır. Lakin Ermənistan hələ də Azərbaycanın xoş niyyətinə açıq şəkildə cavab verməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya