Palata DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar aşkarlayıb
12:45 17.04.2025
İqtisadiyyat
439
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin icrasında uyğunsuzluqlar aşkarlayıb.
"Sherg.az" xəbər verir ki, bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Audit Fondun 2023-cü il üzrə büdcə gəlirləri və xərclərinin icrasını, habelə sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib.
Hesabat dövründə Fondun əvvəlki ildən qalan qalığı 1 milyard 47 milyon 675 min manat, daxilolmaları 6 milyard 721 milyon 988 min manat, xərcləri isə 7 milyard 146 milyon 847 min manat təşkil edib. İlin sonunda isə 622 milyon 815 min manat vəsait qalıq olaraq qalırdı.
Audit zamanı bəlli olub ki, Fondun büdcəsinin icrası zamanı bir sıra qanunvericilik pozuntuları və texniki uyğunsuzluqlara yol verilib:
- 5 milyon 883 min manat investisiya gəliri və həmin gəlirlərin əldə edilməsinə çəkilmiş 253 min manat xərc büdcə icrası sənədlərində nəzərə alınmayıb;
- 1 milyard 50 milyon manat məbləğində investisiyaya yönəlmiş vəsait “sair xərclər” kimi göstərilib və qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə təsnif edilməyib;
- Dövlət icbari şəxsi sığorta çərçivəsində 41 milyon 113 min manat vəsait daxil olub, 16 milyon 18 min manat xərclənib, lakin bu əməliyyatlar büdcə sənədlərində əks olunmayıb.
Hesabatda bildirilib ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən, büdcədənkənar dövlət fondları üzrə gəlir və xərclərin vahid büdcə təsnifatı üzrə hazırlanması tələb olunsa da, 2023-cü ildə bu tələblərə tam əməl olunmayıb. Audit nəticəsində fondun gəlir və xərclərinin strukturlaşdırılması zamanı vahid büdcə təsnifatına uyğunluğun təmin edilmədiyi müəyyən olunub.
Qanunvericiliyə əsasən, Fondun büdcəsində gəlir və xərclər bərabər təsdiq olunsa da, audit nəticələrinə görə gəlirlər xərcləri 625,1 milyon manat üstələyib. Bu fərq isə qanunla nəzərdə tutulmuş 1 milyard 50 milyon manatlıq investisiya xərcləri nəzərə alınmadığı halda yaranıb. Həmçinin, “Əvvəlki illərdə istifadə olunmamış vəsaitlərdən cari ilin xərclərinə yönəldilən məbləğ” adı altında 4 milyon manat gəlir proqnozlaşdırılsa da, ilin sonunda bu mənbə üzrə heç bir icra qeydə alınmayıb.
Hesabata görə, ƏƏSMN yanında Dayaqlılı və Operativ Sosail Təminat (DOST) Agentliyi və sosial ödənişlər üzrə vəsaitlərin icrası müvafiq sənədlərlə əsaslandırılsa da, bu sahədə də büdcə sisteminin formallığı saxlanılmayıb.
Bundan başqa, audit Fondun xərclərinin əsas hissəsini təşkil edən pensiya ödənişlərinin "Əmək pensiyaları haqqında" qanun əsasında formalaşdığını, bu səbəbdən xərclərin gəlirlərdən asılı olmayaraq müəyyən edildiyini vurğulayıb.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sosial sığorta haqları Fonda tam daxil olmadıqda, fərq büdcənin öhdəlikləri hesabına kompensasiya edilməlidir. Lakin ötən il belə bir balanslaşdırma vəsaiti ayrılmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya