İran rəsmisi: Nüvə proqramının dayandırılması gündəmdə deyil

Mayın 11-də İran-ABŞ nüvə danışıqları məhsuldar keçib, tərəflər Tehranın nüvə proqramının dayandırılmasını müzakirə etmirlər.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

“İranın nüvə proqramının dayandırılması gündəmdə deyil. Keçmiş təcrübələrdən öyrənmişik, hansı addımları atacağımızı bilirik. Aparılan danışıqlar faydalı oldu.

Biz həm danışıqlara başlamazdan əvvəl, həm də onun aparılması zamanı zəruri hesab etdiyimiz bütün tərəflərlə əlaqə saxlamışıq. Körfəz boyunca, Şərq və Qərbdəki qonşularımızla, o cümlədən Türkiyə və Pakistanla, eləcə də Rusiya və Çinlə təmasda olmuşuq”, - sözçü bildirib.