Fransa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

"Fransa Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir".

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barrot yerli mediaya açıqlamasında deyib.

O, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etdiyini xatırladıb:

"Biz daha da irəli gedəcəyik, çünki mən komandamdan Moskvaya qarşı yeni sanksiyalar paketi hazırlamağı xahiş etmişəm".

Xatırladaq ki, ötən həftə Aİ səfirləri Rusiyaya qarşı 50-dən çox şəxs və təşkilatın daxil olduğu 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sanksiyalar xüsusilə Rusiyanın 22 bankını, Hindistandakı “Şimal axını” və “Rosneft” neft emalı zavodlarını əhatə edib.