Almaniya xarici işlər naziri: Fələstin-İsrail münaqişəsinin həlli əlçatandır

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail və HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planı ilə razılaşmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, Fələstin-İsrail münaqişəsinin həllinin əlçatan olduğunu iddia edib.
Vadeful bəyan edib ki, münaqişə sona çatmalı və HƏMAS tərəfindən saxlanılan girovlar azad edilməlidir:
“ABŞ hökumətinin səyləri sayəsində qismən həll yolu əlçatandır. Bütün tərəfləri son, qəti addımı atmaq üçün cəsarətli olmağa çağırırıq”.