Fransa DİN: Etirazlarda 400 minədək iştirakçı gözlənilir

Fransa Daxili İşlər Nazirliyi həmkarlar ittifaqlarının təşkil etdiyi 2 oktyabr aksiyalarında 400 minədək insanın iştirak edəcəyini gözləyir.

Teleqraf xəbər verir ki, bu 18 sentyabrda keçirilən etirazlardan 100 min nəfər azdır.

Parisdə asayişin qorunması üçün 5 min polis əməkdaşı cəlb olunacaq. Hakimiyyət ölkə üzrə gərginliyin aşağı olacağını, yalnız bəzi iri şəhərlərdə sol radikalların fəallığının müşahidə ediləcəyini bildirib.

Nazirlik nümayəndələri qeyd ediblər ki, sol qüvvələrin siyasi manipulyasiyası vətəndaşların marağını azaldıb, məktəb və universitetlərdə isə ciddi aksiyaların baş tutacağı gözlənilmir.