
Kopenhagendəki görüş rəmzi mesajlarla doludur - ŞƏRH
17:14 02.10.2025
Gündəm
502
Moldovada gözəl bilirlər ki, o ölkənin torpaq bütünlüyü məsələsində Azərbaycan həmişə öz prinsipial mövqeyi ilə fərqlənib
Prezident İlham Əliyev Kopenhagendə Moldova rəhbəri Maya Sandu ilə görüşüb. Dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.
Moldova prezidenti təbriklərə görə təşəkkürünü ifadə edib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Milli Məclisin Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev Sherg.az-a deyib ki, cənab İlham Əliyevin Moldova Prezidenti Maya Sandunu qələbə münasibətilə təbrik etməsi təkcə diplomatik etiket deyildi, həm də burada nəticədən açıq məmnunluq və dəstək sərgilənirdi. Deputatın sözlərinə görə, Moldova və Azərbaycan liderlərinin görüşünün üzərində işğaldan qurtarılmış Kəlbəcərin "İstiSu", eyni zamanda "Sirab" və "Badamlı" olan stol arxasında keçirilməsində də bir rəmzilik var:
"Xanım Sandunun cənab Prezidentə enerjiyə ehtiyac duyduqları zaman Azərbaycanın etdiyi köməyi yüksək qiymətləndirməsi ölkəsində keçirilən parlament seçkisində arzuolunmaz mənzərənin yaranmamasında dövlətimizin də müəyyən rol oynadığını vurğulamaq üçün idi. Biz heç nəyi unutmuruq. 2022-ci ilin noyabrında Tunisdə keçirilən Frankofoniya sammitində Moldovanın Rumıniya və Albaniya ilə birgə Fransanın Azərbaycan əleyhinə qətnaməsinin qəbuluna imkan verməməsini də unutmarıq. Moldovada da gözəl bilirlər ki, o ölkənin torpaq bütünlüyü məsələsində Azərbaycan həmişə öz prinsipial mövqeyi ilə fərqlənib. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq ümid edirəm ki, orada gedən proseslər bu dost ölkədə də separatizm ocağının söndürülməsi ilə nəticələnəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm