
Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir - RƏY
22:28 02.10.2025
Gündəm
419
Ermənistan Baş naziri Nikol Paşinyan "Zəngəzur dəhlizi" ifadəsini dilindən düşürmür. Daha doğrusu, baş nazir bu ifadənin işlədilməsinin "yanlış" olduğunu iddia edir: "Azərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir. Min dəfə üzr istəyirəm, bəlkə də, Albert Eynşteynin adını qoymağa qərar veriblər, qoy versinlər, bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur, imzalı kağızım var".
O iddia edib ki, “Zəngəzur dəhlizi” termini Ermənistanla bağlı deyil: "Horadiz-Zəngilan yolu daha uzundur, “Zəngəzur dəhlizi” deyirlər, desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIPP marşrutudur". Qeyd edək ki, Ermənistanın Zəngəzur vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox "Zəngəzur dəhlizi" kimi təqdim olunur.

Siyasi şərhçi Həsrət Rüstəmov Sherg.az-a deyib ki, N.Paşinyanın Zəngəzur dəhlizinə reaksiya verməsi yeni məsələ deyil. Ekspert vurğulayıb ki, Paşinyan hökuməti bu ifadənin siyasi termin olaraq beynəlxalq leksikona düşməsindən əvvəllər də narahatlıqlarını dilə gətiriblər:
"Hazırda daha əsəbi reaksiya vermələrinin əsas səbəbi məncə seçkilərdir. Paşinyan onsuz da aşağı olan reytinqinin qayğısına qalmaqla məşğuldur və bu, başadüşüləndir. Eyni zamanda bu, Moskvanın sifarişi də ola bilər. Son vaxtlar regionda siyasi fəallığını artıran Rusiya, görünür, erməni hakimiyyətini qızışdıraraq bu nəqliyyat dəhlizinin açılmasını əngəlləmək istəyir. Vaşinqton görüşündən sonra Rusiya informasiya vasitələri əsəblərini cilovlaya bilmirdilər. Görünür, Putin qulağının dibində Trampın moderatorluğu ilə, Rusiyadan kənar nəqliyyat dəhlizinin açılmasına hər vəchlə mane olacağını nümayiş etdirir. Təbiidir ki, bunu zəif həlqə olan Ermənistan üzərindən həyata keçirməyə cəhd edir. Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir. Amma bu, uzun müddət davam edə bilməz. ABŞ-də imzalanan və Trampın bilavasitə adı ilə bağlı olan layihə ermənilərin onu necə adlandırmasından asılı olmayaraq mütləq reallaşdırılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm