Beyləqanda 14 yaşlı qıza təcavüz edən daha bir nəfər həbs olundu
13:21 07.10.2025
Cəmiyyət
544
Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən daha bir nəfər həbs olunub.
Oxu.Az-ın məlumatına görə, Beyləqan Rayon Məhkəməsində 2010-cu il təvəllüdlü G.N.-ə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Dünyamin Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb .
Məhkəmənin hökmü ilə D.Əlizadə bir il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə Beyləqan rayonunun kəndlərindən birində baş verib. Kənd sakinləri olan 6 nəfər - Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı həmkəndliləri, orta məktəbin 8-ci sinif şagirdi G.N.-ə qarşı seksual hərəkətlər ediblər. Onlar müxtəlif vaxtlarda 2010-cu il təvəllüdlü qızla kəndin kənarında görüşərək, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar.
Hadisə barədə qızın valideynləri xəbər tutandan sonra, həmin qız evdən qaçaraq Bakıya gəlib. O, gözəllik salonlarından birinə yaxınlaşaraq, iş axtardığını bildirib. Salonda işləyən xanımlardan biri onun 14 yaşı olduğunu biləndən sonra G.N.-in valideynləri ilə əlaqə saxlayıb və qızın Bakıya qaçdığını bildirib. Qadın onu öz avtomobili ilə Beyləqan rayonuna apararaq, polisə təhvil verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı müəyyən edilərək saxlanılıblar, faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı ilə "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Beyləqan Rayon Məhkəməsinin hökmləri ilə M.Qurbanlı və S.Quluzadənin hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya