Sərkisyandan sərt açıqlama: Köçəryan seçkidə iştirak etsə...
Yusif Nəzərli
06:13 08.10.2025
Cənubi Qafqaz
474
“Ermənistanda Robert Köçəryandan daha mənfi reytinqə və ya toksik (zəhərli) imicə malik siyasi lider yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının sədri Aram Sərkisyan deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Baş nazir Nikol Paşinyan əslində Serj Sərkisyanı yox, məhz Robert Köçəryanı devirib.
“Hətta Köçəryanın sifariş verdiyi sorğular belə bunu təsdiqləyir: ən toksik şəxs elə odur. Niyə Robert Köçəryanın dairəsindən və eyni rusiyapərəst kontekstdə olan siyasi qüvvələr söyləyirlər ki, namizədliyini irəli sürmə? Məhz buna görə. Çünki Robert Köçəryan ən toksik fiqurdur. 2018-ci il inqilabı daha çox Köçəryana qarşı idi, nəinki Serj Sərkisyana qarşı.
Məhz o yanaşmalara qarşı idi. Ona görə də deyirlər ki, seçkilərdə iştirak etmə, çünki sən öz şəxsiyyətinlə, imicinlə seçiciləri səsvermədən uzaqlaşdırırsan”, – Aram Sərkisyan vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya