
Gürcüstanda hakim partiya yenə qalibdir - RƏY
06:49 09.10.2025
Cənubi Qafqaz
431
Müxalifət seçkilərə tam gücü ilə qoşulsaydı, nəticələr fərqli ola bilərdi
Oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri günü müxalifətin mitinqi baş tutub. Təşkilatçılar hakimiyyətin devriləcəyini bəyan edib və prezident sarayını ələ keçirməyə çağırıblar. Etirazçılar prezident iqamətgahına doğru hərəkət edərək hasarları dağıtmağa cəhd ediblər, amma xüsusi təyinatlı qüvvələr su şırnaqları və gözyaşardıcı qaz tətbiq etməklə kütləni dağıdıb. Hakimiyyət nümayəndələri Qərb səfirlərini radikal müxalifləri dəstəkləməkdə ittiham ediblər. Bəzi səfirlər isə aksiyadan əvvəl müxalifət liderləri ilə görüşlər keçirib, bu da hökumətin narazılığına səbəb olub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, Gürcüstanın siyasi sistemini sağlamlaşdırmaq üçün ilk növbədə xarici agentlər ölkədən çıxarılmalıdır. Baş nazirə görə, 2028-ci ildə keçiriləcək seçkilərə qədər Gürcüstan siyasətində bir nəfər də olsun xarici agent qalmamalıdır: "Biz buna nail olmaq üçün bütün hüquqi imkanlardan istifadə edəcəyik".
Hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri İrakli Kirtsxaliya də bildirib ki, Gürcüstan hakimiyyəti bəzi Qərb ölkələrinin səfirlərinin ölkədən çıxarılmasından çəkinir, baxmayaraq ki, onların hərəkətləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Onun sözlərinə görə, xüsusən Ukraynada müharibənin başlanmasından sonra Gürcüstanda akkreditə olunmuş bəzi Qərb səfirlərinin, o cümlədən bir sıra Avropa və Avropa İttifaqı ölkələrinin nümayəndələrinin davranışları diplomatik çərçivələri aşaraq, dövlətin daxili işlərinə açıq müdaxilə xarakteri daşıyır: "Cəmiyyət haqlı olaraq hökumətdən bu cür qeyri-diplomatik və dost olmayan davranışlara qarşı tədbir görməsini tələb edir. Amma hakimiyyətin səbirli siyasət yürütməsi və kəskin addımlardan çəkinməsi səbəbsiz deyil". Kirtsxaliya qeyd edib ki, səfirlərin çıxarılması halında bu, bir sıra diplomatik gərginliklərə və münasibətlərin pisləşməsinə gətirib çıxara bilər.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Gürcüstanda bələdiyyə seçkilərində müxalifətin əksəriyyətinin qoşulmaması səbəbindən hakim partiya qalib gəldi:

"Ən azından müxalifət seçkilərə tam gücü ilə qoşulsaydı, seçkinin nəticələri fərqli ola bilərdi. Bu ölkənin əhalisinin siyasi fəallığı bizim regionda ən yüksəkdir və bunu dəfələrlə sübut ediblər. Amma seçki baş tutduqdan sonra keçirilən aksiyaların ciddi nəticələr verəcəyini güman etmirəm. Həm dünyada və regiondakı siyasi vəziyyət, həm də Gürcüstanda hakimiyyətin kifayət qədər güclü olması etiraz aksiyalarının çox davam etməyəcəyini və ciddi siyasi nəticələrə gətirib çıxarmayacağını düşünməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya