ABŞ və Aİ Tbilisidəki etirazçıları dəstəklədi
09:15 18.11.2019
Dünya
700
"Gürcüstan hakimiyyətini və müxalifəti böhranı aradan qaldırmaq və inamı bərpa etmək üçün ümumi yollar tapmağa çağırırıq".
Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin və ABŞ səfirliyinin birgə bəyanatında belə deyilir.
Bəyanatda bildirilib ki, ABŞ və Aİ Gürcüstanda islahatların uğursuz olması səbəbindən əhalinin böyük bir hissəsinin məyusluğundan xəbərdardır: "Mövcud vəziyyəti nəzərə alaraq, məqbul yol tapmaq üçün hökumət, bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti arasında dialoq yolu ilə etimadın bərpası üçün dərhal işə başlamağı zəruri sayırıq".
Qeyd olunub ki, diplomatik nümayəndəliklər dinc nümayişçilərin hüquqlarını və ifadə azadlığını tam dəstəkləyir.
“Biz bu hüquqdan istifadə edən bütün tərəfləri məsələni qanuni və Konstitusiya çərçivəsində həll etməyə, ölkənin maraqlarına uyğun davranmağa çağırırıq",- deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, ötən gün Tbilisidə müxalifət partiyaları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar hakimiyyətə üç tələb irəli sürüblər. Bunlar erkən parlament seçkiləri, seçkidən əvvəl mövcud hakimiyyətin istefası və iyun mitinqlərində tutulanların hamısının sərbəst buraxılmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət