Çavuşoğlu: “Bunlar koalisiya ölkələrində baş versəydi, siz nə edərdiniz?”
17:49 15.11.2019
Dünya
528
Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən anti-İŞİD koalisiyası ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edib.
Çavuşoğlu iclasdakı çıxışında YPG/PKK terör teşkilatının Türkiyə və Suriyada son iki ildə 300-dən çox terror aktı təşkil etdiyini, Türkiyə torpaqlarına 1000-dən çox mərmi və raket atdığını, yüzlərlə mülki şəxsin həyatını itirməsinə səbəb olduğunu vurğulayıb: “Bunlar koalisiya ölkələrində baş versəydi, siz nə edərdiniz?”
Xarici İşlər Naziri Mövlud Çavuşoğlu koalisiya ölkələrinə müraciətində, “Koalisiya tərəfdaşlarımızdan özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik. Koalisiya qanuni yerli tərəfdaşlarla əməkdaşlıq etməlidir. PYD/YPG terror təşkilatıdır və ona bu şəkildə davranılmalıdır", - deyə bildirib.
Qeyd edib ki, YPG/PKK bəşəriyyətə qarşı cinayətlər törədib: "YPG/PKK kütləvi qətllərə səbəb olub, Tel Abyadda bazarda və bir kənddə terror aktı təşkil edib və bunun nəticəsində 20-dən çox mülki şəxs həyatını itirib. Bununla yanaşı, yerli xalqa təzyiq göstərib, etnik təmizləmə aparıb, demoqrafik dəyişikliklərə səbəb olub, uşaq əsgərlərdən istifadə edib, kəndləri məhv edib, kürd müxalif siyasi partiyalarını bağlayıb, bir çox müxalifləri edam edib və ya həbs edib. Biz koalisiya tərəfdaşlarımızın özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik.” “Sülh çeşməsi əməliyyatı sayəsində PYD/YPG-nin terror dövləti qurmaq arzusu iflas edib”.
M.Çavuşoğlunun sözlərinə görə, sözügedən əməliyyat ilə Suriyanın ərazi bütövlüyünə və birliyinə töhfə verilib, Türkiyəyə qarşı uzun müddətdir mövcud olan terror təhdidi uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət