Çin Rusiyaya texnologiya ixracını kəskin şəkildə azaldıb
Yusif Nəzərli
07:05 19.05.2022
Dünya
487
Çin ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya Federasiyasına texnologiya ixracını iki dəfə azaldıb. ABŞ-ın ticarət naziri Cina Raymondo bildirib ki, Pekin ticarət qadağalarını pozmaqdan ehtiyat edir.
Belə ki, martda Çindən Rusiyaya notbukların tədarük həcmi əvvəlki ayla müqayisədə 40%, smartfonların ixracı isə 65% azalıb. Bundan əlavə, Çindən telekommunikasiya şəbəkəsi avadanlıqlarının ixracı 98% azalıb.
İndiyədək Pekin Rusiyaya Qərbin sanksiyalarından yan keçməklə kömək etmək niyyətini nə rəsmən inkar edib, nə də təsdiqləyib. Öz növbəsində ABŞ Çin şirkətlərinə texnologiya satışı ilə bağlı məhdudiyyətlər qoya bilər.
Çinin dövlət neft emalı zavodları xammalın emalı üçün Rusiya ilə yeni müqavilələrdən yayınır. Bununla belə, onlar mövcud müqavilələr üzrə şərtləri yerinə yetirməyə hazırdırlar.
Martın 17-də Ukrayna Milli Bankı (UMB) Çinin “China UnionPay” və “UnionPay International” ödəniş sistemlərinə Rusiya ödəniş bazarından çıxmaq çağırışı ilə müraciət edib. Xüsusilə UMB həm Rusiya Federasiyası ərazisində, həm də ondan kənarda Rusiyadan olan banklar tərəfindən verilmiş “China UnionPay” və “UnionPay International” ödəniş kartları ilə bütün əməliyyatlara xidməti dayandırmağa çağırıb.
Öz növbəsində ABŞ Çini böyük sanksiyalar və ixraca nəzarətlə hədələyib. Vaşinqtonda Çin Xalq Azadlıq Ordusunun Rusiya Silahlı Qüvvələrinə dəstək verdiyinə dair işartıları müşahidə etdiklərini vurğulayıblar.
Eyni zamanda Kiyev Pekinə təhlükəsizliyin təminatçılarından biri kimi çıxış etməyi təklif edib.
Mənbə: Unian.net
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq