Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar.

Teleqraf xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və Can Honcanın olduğu kapsul Pekin vaxtı ilə gecə saat 20:11-də Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan keçiblər.

Agentlik “Şencou-21” missiyasının uğurla başa çatdığını elan edib.

“Şencou-21” missiyasına ötən il noyabrın 1-də start verilib. Astronavtlar 210 gün ərzində kosmik stansiyada yaşayaraq, yeni Çin rekordunu müəyyən ediblər. Onları kosmik stansiyada mayın 14-də kosmosa göndərilən “Şencou-22” missiyasının astronavtları əvəzləyib.