Rusiya Dəniz Qüvvələrinə məxsus yeraltı gəmi Barens dənizində yanıb, 14 dənizçi ölüb. Hadisə ilə bağlı ətraflı məlumat verilməyəcəyi açıqlanıb.
Sherg.az Rusiya KİV-ə istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib ki, yanğınla bağlı məlumatlar dövlət sirri olduğu üçün açıqlanmayacaq: “Bu məlumatlar mütləq gizlilik kateqoriyasına daxildir. Dövlət və beynəlxalq təhlükəsizlik maraqlarına görə gizlilik təmin olunur. Məlumatların gizli saxlanması normal bir prosedurdur, qanundan kənar hal deyil”.
Peskov həmçinin Rusiya prezidenti Vladimir Putinin yanğınla bağlı bütün məlumatlara sahib olduğunu da qeyd edib. Sualtı gəminin tapıldığı Barens dənizi Rusiya ilə Norveç arasındadır. Rusiya xəbər agentliyi TASS-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi hadisə ilə əlaqədar Norveçi məlumatlandırmayıb. Nazirlikdən verilən açıqlamada deyilik ki, sualtı gəmidə baş verən yanğın söndürülüb. Norveç tərəfinə isə bununla bağlı hansısa məlumat göndərilməyib. Qeyd edək ki, 2000-ci ildə Kursk nüvə sualtı gəmisi də Barens dənizində olarkən partlayış nəticəsində batıb, 118 dənizçi ölmüşdü. Bu arada Rusiya gəmidəki yanğınla bağlı detalları açıqlamasa da, rus mediasında yer alan xəbərlərə görə, yanğın AS-12 Loşarik tipli sualtı gəmidə baş verib. Loşariklər Rusiyanın ən böyük nüvə casus sualtısı olan Belqorodun alt qismində hərəkət edir. Rusiya isə gəmidə nüvə reaktoru olması iddialarını təkzib edir.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət