Almaniyanın Münhen hava limanı yaxınlığında pilotsuz uçuş aparatının (PUA) müşahidə olunması ilə bağlı məlumatdan sonra fəaliyyətini müvəqqəti dayandırıb.
Sherg.az xəbər verir ki, Almaniyanın "Focus Online" nəşrinin məlumatına görə, Federal Polis hava limanında hər iki uçuş-enmə zolağının bağlandığını təsdiqləyib.
Federal Polisin nümayəndəsi bildirib:
“Münhen hava limanı hazırda bağlıdır. Buna səbəb dronun aşkarlanması olub. Pilot tərəfindən şübhəli obyektin müşahidə edildiyi barədə məlumat daxil olub”.
Məlumata görə, hazırda hər iki uçuş-enmə zolağı istifadəyə bağlanıb. Təhlükəsizlik qüvvələri ərazidə vəziyyəti araşdırır və yoxlamaların nəticəsindən asılı olaraq növbəti addımlar barədə qərar veriləcək.