Emmanüel Makron: Fransa görünməz düşmənə qarşı müharibədədir
20:35 16.03.2020
Dünya
644
Biz müharibədəyik. Fransa müharibədədir. Hər hansı orduya, millətə qarşı deyil bu müharibə. Düşmən görünməzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanüel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciəti zamanı deyib. Fransa Prezidenti çıxışında 6 dəfə ölkənin “müharibə”də olduğunu təkrarlayaraq, xalqı tibbi qaydalara riayət etməyə çağırıb. Bələdiyyə seçkilərinin 2-ci turunun naməlum müddətə təxirə salındığını diqqətə çatdırıb.
E. Makron sabahdan Avropa İttifaqına və Şengen zonasına giriş-çıxışın 30 gün müddətində dayandırıldığını bəyan edib. O, martın 17-də yerli vaxtla saat 12:00-dan etibarən, ölkədə gediş-gəlişin tamamilə məhdudlaşdırılacağını bəyan edib.
Fransa Prezidenti tibb işçilərinin “müharibə”nin ön cəbhəsində olduğunu bildirib. Elzas regionunda tibbi böhranın son dərəcə ağır olduğunu, xəstəxanaların pasientlərlə dolu olduğunu deyən dövlət başçısı, hökumətin sabahdan bu regionun yardımına gələcəyini və pasientlərin digər xəstəxanalara köçürüləcəyini bildirib. Xaricdə yaşayan fransızlara səfirlik və konsulluqlara müraciət etmələrini məsləhət görüb.
Ölkədə bütün islahatların dayandırıldığını elan edərək, fransız müəssisələrinə hökumətin yardım göstərəcəyini və bu məqsədlə 300 milyard avro ayrılacağını diqqətə çatdırıb.
Digər yeni qaydalar Senat tərəfindən təsdiqlənəndən sonra tətbiq ediləcəyini vurğulayıb. Ölkənin üzləşdiyi “müharibə”yə qarşı birgə mübarizə aparmağa səsləyib. Fransa Prezidenti əhalini evdə qalmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya