Kolomoyski: "Bu olsa, Zelenski yenə prezident seçiləcək"
Axar.az xəbər verir ki, Kolomoyski fikrini “Censor.net” saytına müsahibəsində deyib.
O, Zelenskinin effektivlik göstəricisinin Ukraynaya xaricdən nə qədər şəxsin qayıdacağı ilə bağlı olacağını bildirib:
“Biz hazırda 35 milyon nəfər əhaliyə sahibik. Bu, müstəqil analizin nəticəsidir. İnsanların geri dönməsi onun effektivlik göstəricisidir. Əgər əhali 38 milyon nəfər olsa, o zaman Zelenskini ikinci dəfə prezident seçmək olar. Əgər əhali sayı 35 milyon qalsa, o zaman “aufviderzeyn” (almanca “sağ ol” deməkdir) demək lazımdır”.