Koronavirusdan daha bir dəhşət: Xəstələrin gözlərini çıxarırlar!
Məlahət Rzayeva
12:03 23.05.2021
Dünya
1024
Hindistanda yeni tip koronavirusun “qata göbələk” adlanan göz xəstəliyini artırdığı məlum olub. Bu barədə Sherg.az "CNN Türk"-ə istinadən xəbər verir. Tibb elmində “mukormikoz” adlandırılan, digər adı isə “qara göbələk” olan göz xəstəliyindən artıq 219 nəfərin həyatını itirdiyi bildirilir.
Gözlərdəki xəstəlik sürətlə yayılaraq beyinə nüfuz etdiyindən həkimlər bir çox xəstələrin gözlərini əməliyyat apararaq çıxarırlar. “Qara göbələk” göz xəstəliyi Hindistanda may ayından etibarən yayılmağa başlayıb. CNN-nin yazdığına görə, xəstəliyə tutulanların çoxu koronavirus xəstələri və ya COVİD-19-dan yaxın zamanda müalicə olunaraq sağalanlar, immun sistemi koronavirus təsiri ilə zəifləyənlər və diabetli xəstələrdir. “Qara göbələk” göz xəstəliyi haqqında məlumatlar bundan ibarətdir ki, rütubətli, nəmli torpaqda əmələ gələn kifdən qaynaqlanır və tənəffüs yollarına yayılır. Lakin yoluxucu deyildir, insandan insana keçmir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşının Alınması Mərkəzində gələn açıqlamada isə bildirilir ki, bu göbələk xəstəliyi insanlar üçün əsasən təhlükəli deyildir, lakin immuniteti zəifləyən insanlarda ciddi infeksiyalara səbəb ola bilir. İnsan bu göbələklərin qoxusunu alarsa, yaxud da hansısa bir nahiyədə kəsik, yanıq varsa, oradan da orqanizmə nüfuz edə bilər. Hindistan Səhiyyə Nazirliyinin yaydığı açıqlamada “burnumuzun arxasındakı hava dəlikləri, göz ilə dişlərin arasındakı dəri infeksiyası olaraq özünü göstərir. Ağ çiyərlərə, beyinə yayıla bilir, burunda qaralmalar, bulanıq görmə, sinədə ağrılar, nəfəsalamada çətinlik və öskürək zamanı qan damlalarının görülməsinə yol aça bilir”, deyə xəbərdarlıq edlir.
Hindistan dünyanın diabet paytaxtı hesab edilir. Göbələkləri yayıldığı tropik iqlimə malikdir. Bütün bunlar “qara göbələk” pandemiyasının yayılmasına təsir edən amillərdir. Nazirlik vətəndaşları vahiməyə düşməməyə çağırıb: “Zamanında, erkən müalicə şərtdir. İnsanlar vaxtında müalicə alarlarsa, xəstəliyə qalib gələcəklər. Göz əməliyyatları çarəsiz durumda aparılır. Göbələk beyinə qədər nüfuz etməsin deyə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat