Maykl Blumberq də ABŞ prezidenti olmaq istəyir
16:21 25.11.2019
Dünya
475
Şəxsi səyləri ilə uğur qazanmış milyarder və 12 il ərzində Nyu-Yorkun meri olmuş Maykl Blumberq noyabrın 24-də rəsmi surətdə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyə iddiaçıların cərgələrinə qoşulub.
77 yaşlı Blumberq müvafiq bəyanatla çıxış edib. Seçki kampaniyasının saytında yerləşdirilmiş bəyanatda qeyd edilir ki, o, respublikaçı Donald Trampı prezident vəzifəsindən kənarlaşdırmaq məqsədi ilə 2020-ci il seçkilərinə namizədliyini irəli sürür. Bəyanatda deyilir: “Mən Donald Trampa qalib gəlmək və Amerikanı bərpa etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm. Biz Prezident Trampın sərsəm və etikadan uzaq hərəkətlərini daha dörd il özümüzə rəva görə bilmərik”.
Blumberq noyabrın 8-də sənədlərini Federal Seçki Komissiyasına təqdim edib, hərçənd hələlik namizədliyini irəli sürməsi barədə rəsmi bəyanat verməyib. Onun adı Alabama ştatında demokratların praymerizinin seçki bülleteninə daxil ediləcək. Alabama 2020-ci il martın 3-də ilkin seçkilər keçiriləcək ştatlar sırasındadır.
“Kantar Media/CMAG” analitik təşkilatının məlumatına görə, Blumberq öz namizədliyini müstəqil maliyyələşdirməyi planlaşdırır. Milyarder qarşıdan gələn iki həftə ərzində 100 televiziya kanalında öz seçki kampaniyasının televiziya reklamını yerləşdirməyə azı 37 milyon dollar xərcləmək niyyətindədir.
Harvard Universitetinin biznes magistri dərəcəsi olan Blumberq filantropdur. O, “Bloomberg News” xəbər agentliyinin sahibidir. “Forbes” jurnalının məlumatına görə, hazırda onun əmlakı 54,1 milyard dollardır. O, 2001-ci ildə əvvəlcə respublikaçı kimi Nyu-York meri seçilib, lakin ikinci müddətə seçiləndə müstəqil siyasətçi olub. 2018-ci ildə demokrat kimi qeydə alınıb.
AzərTAc xatırladır ki, Blumberq 2018-ci ilin aralıq seçkiləri zamanı Nümayəndələr Palatasının Demokratlar Partiyası tərəfindən nəzarətə götürülməsinə kömək etmək üçün demokratların kampaniyasına 100 milyon dollardan çox vəsait xərcləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət