Müxalif Suriya Milli Ordusu Tel Rifat şəhərinə daxil olub - YENİLƏNİB
Yusif Nəzərli
14:37 01.12.2024
Dünya
449
Müxalif Suriya Milli Ordusu bu gün başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində artıq Tel Rifat şəhərinə daxil olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Artıq müxalif Suriya Milli Ordusunun döyüşçüləri PKK/YPG terrorçularının şəhərin mərkəzindən təmizlənməsini həyata keçrir.
***
saat 17.47
Müxalif Suriya Milli Ordusu bu gün başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rifat bölgəsini tam mühasirəyə alıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, müxalif Suriya Milli Ordusu Şeyh Neccar sənaye bölgəsinə qədər irəliləyib və bununla da Tel Rifat bölgəsi tam mühasirəyə alınıb.
Əməliyyat çərçivəsində Tel Rıfatdakı Minnığ Hava Limanı, Şevergaelrız, Tennep, Malikiyye, Keffin, Kefernaya, Miskan, El-Cuz, Tatmıraş, Tel İneb, Mezeret Hamad, Zoyan və Maranaz kəndləri, Zuyan təpəsi də PKK/YPG terrorçularından təmizlənib və müxalif Suriya Milli Ordusunun nəzarətinə keçib.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
***
saat 16.08
Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Hələbdəki Kuveyris Hərbi Hava Limanını, Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından təmizləyib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Tel Rıfatda Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi nəzarət altına alınıb.
Kuveyris Hərbi Hava Limanının nəzarət altına alınması ilə PKK/YPG-nin formalaşdırmağa çalışdığı Tel Rifat-Münbiç lojistik xətti də kəsilib. Suriya Ordusu geri çəkilərkən Kuveyris Hərbi Hava Limanını PKK/YPG terrorçularına təhvil verib.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
***
saat 11.37
Suriyada PKK/YPG terrorçuları yaranmış boşluqdan istifadə edərək Rakka bölgəsi və Hələb arasındakı yolu ələ keçirməyə çalışıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin təhlükəsizlik qaynaqlarından NTV telekanalına bildirilib.
Qeyd edilib ki, müxalif Suriya Milli Ordusu PKK/YPG terrorçularının bu cəhdinin qarşısını alıb. Bu əməliyyat “Azadlıq şəfəqi” adı altında həyata keçirilib.
Xatırladaq ki, Rakka bölgəsi və Hələbin Şeyx Maqsud məhəlləsi PKK/YPG terror təşkilatının nəzarətindədir. Hazırda Şeyx Maqsud məhəlləsində Heyət Təhrir əş-Şamın (HTŞ) öncüllük etdiyi müxalif qüvvələrlə PKK/YPG terrorçuları arasında döyüşlər davam edir.
Suriya Ordusunun geri çəkilərkən PKK/YPG terrorçularına təhvil verdikləri Hələb Hava Limanı da artıq müxaliflərin nəzarətinə keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə