NATO-nun Baş katibi: Biz bilirik ki, döyüş meydanında vəziyyət ağırdır
Yusif Nəzərli
14:11 03.12.2024
Dünya
384
Biz bilirik ki döyüş meydanında vəziyyət ağırdır.
"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte alyansın Brüsseldə yerləşən mənzil-qərargahında ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib.
O qeyd edib ki, bu gün əsas diqqət yetirilməli məsələlərdən biri Ukraynadakı vəziyyətlə bağlıdır:
"Bu gün və sabah müzakirə edəcəyimiz iki mühüm məsələ var, onlardan biri Ukrayna ilə bağlıdır. Biz bilirik ki, döyüş meydanında vəziyyət ağırdır və Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələni etməliyik. Mən ABŞ-yə, həmçinin İsveç, Böyük Britaniya, Estoniya, Norveç və Almaniyaya son bir neçə gündə Ukraynaya əlavə hərbi yardım göndərildiyini elan etdiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, xüsusilə qışın gəldiyi və Ukraynanın enerji infrastrukturu ilə bağlı vəziyyətin məlum olduğu bir vaxtda olduqca vacib addım idi".
NATO Baş katibi vurğulayıb ki, Antoni Blinkenin səfəri çərçivəsində sabah Rusiyanın NATO müttəfiqlərinə qarşı artan aqressiyası və bununla mübarizə yolları müzakirə olunacaq:
"Ötən dörd il ərzində burada olduğunuz üçün təşəkkür edirəm. Lakin gələn il yanvarın 20-nə qədər hər gün sizə ehtiyacımız var və sizə güvənə biləcəyimizi bilirik".
Qeyd edək ki, 2025-ci il yanvarın 20-də ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimi olacaq və yeni hökumət formalaşacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət