Nəhayət koronavirus Şimali Koreyaya çatdı
Yusif Nəzərli
01:26 21.05.2022
Dünya
414
Kim Yong pandemiya ilə mübarizə üçün ordunu səfərbər edib
Koronavirus pandemiyası elan ediləndən bugünədək Şimali Koreya heç bir xəbərdarlığa məhəl qoymayan yeganə ölkə oldu. Pandemiyanın 3-cü ilində nəhayət Ş.Koreyada koronavirusa ilk yoluxma və ölüm hallarının qeydə alındığı elan edilib. “Şərq” “Milliyet.con”a istinadən xəbər verir ki, Ş.Koreyanın rəsmi xəbər agentliyi “KCNA” ölkədə Omicron ştammından 6 nəfərin öldüyünü, 187 nəfərin yüksək hərarət səbəbindən karantin altına alındığını bildirib. Koronavirusa yoluxduğu ehtimal edilənlər isə 350 min nəfərdir. Ş.Koreya lideri Kim Yong küçəyə çıxmaq qadağası qoyub. Pandemiyanı elan edən Ş.Koreya lideri efirə ilk dəfə tibbi maska taxaraq çıxıb. Və məmurları bacarıqsızlıqda suçlayıb. Pandemiya ilə mübarizə üçün ordunu səfərbər edib. Xəbər agentliyi karantin qaydalarının tətbiqi üçün küçələrə axışan hərbçilərin fotosunu yayıb. Ş.Koreya koronavirusa qarşı heç bir peyvəndi qəbul etmir. Vətəndaşlara virusla mübarizədə təbii üsullardan istifadə tövsiye edilir: bol çay için, duzlu su ilə səhər-axşam qarqara edin! İqtidar partiyasının mətbu orqanı “Rodong Simnun” isə xəstəliyi ağır keçirməyənlərə söyüd yarpağı qaynadılmış suya zəncəfil, ya da “xanıməli” bitkisi əlavə edərək içməyi məsləhət görür. Ümumdünya Səhiyyə Təşkilatı isə Ş.Koreya əhalisinin normal qidalanmadığını əsas gətirərək vətəndaşların xəstəliklə mücadiləsinin çətin olacağını bildirib. Ş.Koreyada son illərdə həqiqətən də ərzaq qıtlığı yaşanır. Deyilənə görə, 25 milyon əhalinin 11 milyonu yetərsiz qidalanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq