Politoloq: Bu, Amerika-Rusiya münasibətlərinin pisləşə biləcəyinin göstəricisidir
10:44 23.10.2025
Dünya
249
ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra Moskvadan məyus olub.
Bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Adını çəkilməsini istəməyən amerikalı rəsminin sözlərinə görə, Trampın Rusiyaya qarşı məyusluğu xarici siyasət qurumlarının rəhbərləri arasında keçirilən görüşdən sonra pik həddə çatıb.
“Telefon danışığı nəticəsiz başa çatıb və Vaşinqtonda belə nəticəyə gəlinib ki, ruslar müharibəni bitirmək üçün razılığa gəlmək istəmirlər, ona görə də Tramp-Putin görüşünün keçirilməsinin mənası yoxdur. Bu nəticə Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına zəmin yaradıb”, - mənbə vurğulayıb.
Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Tramp avtoritar təfəkkürlü insandır:
"O deyir ki, Putini görüşə gətirirəm, bu görüşü Avropa İttifaqında (Aİ) təşkil edəcəyəm. Ağ Evin sahibi bunun üçün çalışdığını bildirir, amma sonra nə olur? O, açıqlama verir ki, Donbassın 78 faizi işğal edilib və Rusiya tərəfindən tutulub, hər kəs öz mövqeyində dayansın. Daha sonra Lavrov çıxış edir və “bu mümkündür” kimi bir açıqlama verir. Tramp isə görür ki, Avropa və daxildə demokratlar onun bu addımına müqavimət göstərirlər. Ona görə də əsəbləşir və deyir ki, bu görüşü təşkil etməyəcəyəm. Nəticədə ABŞ Prezidenti görüşdən imtina edir. Bu, Amerika-Rusiya münasibətlərinin yaxşılaşmayıb, əksinə, pisləşə biləcəyinin göstəricisidir. Rusiya isə öz işğal siyasətini davam etdirir. Onlar iddia edirlər ki, Ukraynanın yarısını ələ keçiriblər, amma Rusiyanın yayda başladığı hərbi əməliyyat uğursuz alınmışdı. ABŞ rəsmiləri də bunu açıq şəkildə bildirirlər. Tramp bu uğursuzluq fonunda daha sərt bəyanatlar verir, maksimum hədəflər irəli sürür. Bir növ qarşılıqlı gərginlik yaranır və hər iki tərəfdən addımlar atılır. Putin isə görünür Trampla münasibətləri pozmaq istəmir. O, ABŞ ilə müəyyən münasibətlərin qorunmasının Rusiyanın da mənafelərinə uyğun olduğunu bilir".
Analitikin fikrincə, hər iki tərəf uzun müddətli qarşıdurmanın ağır nəticələrini nəzərə almalıdır:
"Müqayisələr, tarixi misallarla bağlı arqumentlər nə qədər də israrla gətirilsə də, bu günkü reallıq başqadır. Vaşinqtonun hərbi büdcəsi Rusiyanın büdcəsindən xeyli böyükdür və uzunmüddətli münaqişənin davam etməsi hər iki tərəf üçün mürəkkəb nəticələrə gətirib çıxara bilər. Rusiya bu təzyiqə uzun müddət davam gətirə bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya
Milyarder sifətli robotlar satışa çıxarılan kimi qalmadı
13:26 08.12.2025
Texnologiya