
Politoloq: Gələcəkdə Rusiya və Ukraynanın birbaşa danışıqlarını müşahidə edəcəyik
12:48 02.05.2025
Dünya
593
ABŞ-nin vasitəçilikdən kənarlaşması münaqişənin dayandırılmasında maraqlı olmamasını göstərmir
ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib.
“Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, - Bryus qeyd edib.
Politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a söyləyib ki, ABŞ indiyə qədər olan təmaslar zamanı Rusiya və Ukrayna arasında birbaşa danışıqlar imkanını mümkün edib:

"Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff 4 dəfə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüş keçirib. Bu danışıqların hamısı konstruktiv kimi qiymətləndirilib. Digər tərəfdən Vaşinqtonun Ukrayna tərəfi ilə də təmasları baş tutub. Ağ Evin sahibi Volodimir Zelenski ilə sonuncu dəfə Vatikanda görüşdü. Həm Ukrayna, həm də Rusiyanın razılaşma üçün təklifləri mövcuddur. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyir ki, bu təklifləri uzlaşdırmaq vacibdir. Həmçinin Rusiya Prezidentinin mətbuat rəhbəri Dmitri Peskov bildirmişdi ki, Moskva heç bir ilkin şərt irəli sürmədən Ukrayna ilə birbaşa danışıqlara hazırdır. Görünür ki, Vaşinqtonun təsiri altında Kiyev də bütün bunlarla razılaşmalı olacaq. Ona görə də yaxın gələcəkdə Rusiya və Ukrayna tərəfinin birbaşa danışıqlarını müşahidə edəcəyik. Artıq ABŞ-nin vasitəçilikdən kənarda dayanması Vaşinqtonun münaqişənin dayandırılmasında maraqlı olmamasını göstərmir. Sadəcə ABŞ tərəflərin birbaşa təmaslarının reallaşması üçün ilkin şərtləri formalaşdırıb".
Politoloq qeyd edib ki, Tammi Bryusuj fikirləri o demək deyil ki, Vaşinqton Rusiya ilə ayrıca dialoqu dayandıracaq:
"Çünki ABŞ və Rusiya arasında təkcə müharibə yox, ikitərəfli əlaqələr və münasibətlər əsas müzakirə predmetini təşkil edir. Eyni zamanda ABŞ və Ukrayna mineral qazıntılarla bağlı razılaşma imzalayıb. Deməli Ağ Ev münaqişənin daha böyük həcmdə eskalasiyaya gətirib çıxaracağını düşünmür. Əks halda ABŞ belə bir razılaşmaya getməzdi. Ümumiyyətlə bundan sonrakı mərhələdə Vaşinqton Ukraynaya ciddi hərbi dəstək göstərməyəcək. O cümlədən ayrı-ayrılıqda tərəflərlə təmaslarının davam etdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm