Putinin gözü Türkiyə və Çindədir
Yusif Nəzərli
23:10 03.10.2022
Dünya
724
Elxan Şahinoğlu: "Ukraynanın 4 bölgəsinin Rusiyaya ilhaqını heç bir dövlət tanımayacaq"
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal etdiyi 4 bölgəsinin - Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiyaya birləşdirilməsinə qərar verdi. Dövlət Duması da 4 regionun Rusiyaya birləşdirilməsinə dair qanun layihəsini ratifikasiya etdi. Bu, ilk növbədə mümkün Rusiya-Ukrayna danışıqlarının sıradan çıxarılması deməkdir. Təkcə ona görə yox ki, Ukrayna torpaqlarını işğal edən Rusiya ilə dialoqun mümkünsüz olduğunu hesab edir, həm də Rusiya konstitusiyasına görə bu ölkənin əraziləri müzakirə mövzusu ola bilməz. İlhaq edilən ərazilər də Rusiya qanunları ilə bu ölkənin “ərazisi” hesab edilir.
Bununla mümkün danışıqlar yalnız iki halda ola bilər. Ya Ukrayna Krım da daxil olmaqla ilhaq edilən ərazilərinin azad edilməsi məsələsinin müzakirəsini başlatmalı, ya da ilhaq edilən ərazilərin tanınması və Kiyevin “təslim olması” şərtlərini müzakirə etməlidir. Hər iki versiyanın reallaşma ehtimalı çox azdır və belə görünür ki, danışıqlar masasının qurulması yalnız tərəflərdən birinin tam məğlubiyyətə uğradığı halda mümkündür. Beləliklə müharibə sonu görünməyən mərhələyə keçir. Bir məqamı da qeyd edək ki, Putin Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşdirildiyini” elan etdikdən bir gün sonra Ukrayna ordusu daha bir strateji şəhəri - Limanı işğalçılardan azad edib. Ukrayna ordusu işğal olunan Luqansk, Donetsk, Zaporojye və Xerson istiqamətində əks-hücumlarını davam etdirir. Rusiya 4 bölgənin administrativ sərhədlərindən geri çəkilməkdədir. Belə olan halda “birləşmə” ancaq kağız üzərində qalır. Diqqətçəkən məsələlərdən biri də odur ki, Rusiya prezidenti qanunsuz ilhaq qərarına dəstək olacaq tərəfdaş ölkələr axtarışındadır. Ekspertlərə görə, Putinin gözü Türkiyə və Çindədir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Ukrayna torpaqlarının ilhaqı beynəlxalq hüquqa zidd adlandırılıb:
"Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub. Ukrayna Prezidenti Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, ancaq indiki Kreml sahibi ilə görüş mümkün deyil. Halbuki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürmərə çalışırdı. Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləməyiblər. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi".
E.Şahinoğlu deyib ki, Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahısı Çin lideri Si Sinpinə təbrik məktubu yazıb:
"1 oktyabr Çində Respublika günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini əziz dostu adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir”. Sinpin də Putinə yazdığı məktublarda həmkarına “əziz dost” deyə xitab edib. Buna baxmayaraq, Çin rəhbəri Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o, bu ilhaqa görə Kremli tənqid də etməyib. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin".
Ekspertin fikrincə, Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir:
"Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya