
Qərbin “mikser” siyasəti: Gürcüstanda iğtişaşlar alovlanır
Yusif Nəzərli
18:10 03.12.2024
Dünya
530
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də Aİ-yə üzvlük prosesinin dayanadırılması bəyanatı ilə bağlı ictimai müzakirə aparmağa hazır olduğunu açıqlayıb.
Hökumətin rəsmi “Facebook” səhifəsində dərc olunan bəyanatda bildirilib:
“İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamızın verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirəyə hazır olduğumuzu dəfələrlə bildirmişik. Artıq bir neçə keçmiş və indiki siyasətçi belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Biz təklif edirik ki, onlar sabah on nəfərlə birgə canlı yayım formatında ictimai müzakirə keçirmək üçün Gürcüstan hökumətinin administrasiyasının binasına gəlsinlər".
Qeyd edək ki, Gürcüstan Hökumətinin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarı etiraz aksiyalarına səbəb olub.
Politoloq Elşad Həsənov Kobaxidzenin bəyanatı ilə bağlı "Sherg.az"a bildirib ki, Gürcüstandakı aksiyalar 6 gündür davam edir:

"Etiraz aksiyalarının beşinci günündə Salome Zurabişvilinin çağırışı ilə məktəblilər və tələbələr də mitinqlərə qoşulub. Düşünürəm ki, bu, çox mənfi nəticələrə səbəb ola bilər. Bu gün Gürcüstanın baş naziri açıqlama verərək bildirib ki, “Gürcü Arzusu”partiyasının qərarı düzgün anlaşılmayıb. Bu səbəbdən hakim partiyanın baş naziri müxalifəti canlı debata dəvət edib və 10 nəfərlik nümayəndə heyətini qəbul etməyə hazır olduğunu bəyan edib. Gürcüstan müxalifətindən bu çağırışa müsbət cavab verənlər var. Ehtimal olunur ki, debatda müxalifət partiyalarının rəhbərləri də iştirak edəcək. Görünür ki, "Gürcü Arzusu" vəziyyəti sabitləşdirmək və gərginliyi azaltmaq üçün müxalifətlə danışıqlara getmək niyyətindədir. Hesab edirəm ki, Gürcüstan müxalifəti hakim partiyadan Qərb dünyasında narazılığa səbəb olan “Xarici agentlər haqqında” və “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələrinin tamamilə ləğv edilməsini tələb edəcək.
Bu məsələlərin həlli vəziyyətə müəyyən qədər sakitlik gətirə bilər. Lakin bunun belə olacağı təqdirdə də Gürcüstandakı iğtişaşların tamamilə dayanacağını düşünmürəm. Çünki baş verən hadisələrin arxasında xarici qüvvələrin dayanır və onların əsas məqsədi Gürcüstanda hakimiyyət dəyişikliyidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət