Rusiya kəşfiyyatı: NATO-nun planına görə Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölüşdürüləcək
Yusif Nəzərli
06:53 29.11.2024
Dünya
384
NATO revanş cəhdindən ötrü Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etmək üçün daha çox münaqişənin dondurulmasına meyllənir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin Press Bürosunun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, şimal alyansı Ukraynada səfərbər olunmuş milyondan çox ukraynalıya təlim keçmək üçün təlim-məşq mərkəzləri açır.
"NATO qərb hərbi sənaye kompleksindən Ukraynaya sərmayə yatırmağı tələb edir. Ukraynanın döyüş qabiliyyətini bərpa etmək üçün Qərb sülhməramlı adı altında bu ölkədə 100 min nəfərə yaxın kontingent yerləşdirəcək. NATO-nun planı Ukraynanı işğal etməkdir, Ukraynanın ərazisi Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölüşdürüləcək. Belə ki, Ukraynanın şimal əraziləri, o cümlədən paytaxt regionu Böyük Britaniyanın zonası, ölkənin mərkəz və şərqi Almaniyanın, qərb vilayətləri Polşanın, Qara dəniz sahili isə Rumıniyanın zonası olacaq. "Rusiyaya NATO-nun Ukraynada ümid bəslədiyi belə sülh nizamlanması variantı lazımdırmı" sualının cavabı aydındır", - deyə Rusiya xarici kəşfiyyatının yaydığı məlumada bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə