Saatda 34 min kilometr sürət: Çin dünyanın ən sürətli raketini sınaqdan keçirdi
09:29 27.11.2019
Dünya
3104
Çin hipersəs sürətli raketlər sahəsində Rusiyanı da geridə buraxaraq dünya lideri olub. Virtualaz.org xəbər verir ki, bu ölkə sürəti saatda 34 min kilometrə çatan (28 MAX) DF-41 raketini sınaqdan keçirib. Nəticədə raket Rusiyanın bu yaxınlarda sınaqlarını başa vurduğu və dünyada ən sürətli raket hesab edilən “Avanqard” qanadlı blokunu geridə qoyub.
Rusiyanın “Avanqard” qanadlı döyüş blokunun elan edilən sürəti saatda 28 min kilometr (27 MAX) təşkil edir. Sınaqlaı davam edən “Sarmat” qitələrarası ballistik raketi isə 25 MAX sürətə malik olacaq.ABŞ isə ümumiyyətlə, hazırda hipersəs sürətli raketlərə malik deyil. Bu yaxınlarda Pentaqon belə raketlərin 2022-ci ildə hazır olacağını açıqlayıb, üstəlik onun sürəti Çin və Rusiyanın raketlərinin sürətləri ilə müqayisədə dəfələrlə aşağı olacaq-cəmi 8-9 MAX.
Çinin “Sina” agentliyinin xəbərinə görə, DF-41 raketi start anından etibarən saatda 34 min kilometr sürət yığıb. Hesablamalara görə raket Nyu-Yorka cəmi 18 dəqiqəyə, Londona 14 dəqiqəyə və Moskvaya 10 dəqiqəyə çata bilər. “Bu, dünyada mövcud olan ən sürətli raketdir!”,-agentlik bildirir.
Rəsmən Çin Xalq Respublikası hipersəs sürətli raketin sınaqlarını şərh etmir. Lakin əvvəllər Çin mənbələri raketin sürətinin 25 MAX olacağını bildirirdilər. İndi isə belə görünür ki, raket daha da təkmilləşdirilib.
Lakin Çinin sınaqdan keçirdiyi raketlə Rusiyanın "Avanqard" qanadlı bloku arasında fərq həm də bundan ibarətdir ki, DF-41 qitələrarası ballistik raketdir. "Avanqard" isə yüksək manevr qabiliyyətinə malikdir, yəni ballistik trayektoriya ilə uçmur və nəticədə istənilən raketdən müdafiə sistemini dəf edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqlim dəyişiklikləri yuxumuzu oğurlayır
14:30 12.12.2025
Sağlamlıq
Ərdoğan Aşqabadda Putinlə görüşüb
14:24 12.12.2025
Dünya
XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
14:05 12.12.2025
Siyasət
"Android"də gizli tətbiqlər istifadəyə veriləcək
13:59 12.12.2025
Texnologiya
Əhməd Çakar xəstəxanaya yerləşdirildi
13:52 12.12.2025
Futbol
Hakan Hatipoğlu: “Brüs Uillis sevgilimi öpdü, dəli oldum!”
13:48 12.12.2025
Şou
Sabir Rüstəmxanlı: "Məsələni şişirtməyə ehtiyac yoxdur"
13:40 12.12.2025
Siyasət
Putin və Pezeşkian Aşqabadda görüşüblər
13:34 12.12.2025
Gündəm
son dövr ərzində 2714 əkiz, 81 üçəm doğulub
13:24 12.12.2025
Sosial
Son 10 ayda nikah və boşanma sayı məlum olub
13:18 12.12.2025
Sosial
Ölkədə doğum sayı azalıb
13:13 12.12.2025
Sosial
Azərbaycan əhalisinin sayı açıqlanıb
13:09 12.12.2025
Sosial
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yardım vəd etdi
13:05 12.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
12:58 12.12.2025
Ekologiya
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya
Sülh planını Zelenskidən başqa hamı bəyənir - Tramp
12:02 12.12.2025
Dünya