Rusiyalı müğənni Vitas sağlamlığı ilə bağlı açıqlama vermək üçün 500 min rubl tələb edib.
Axşam.az xəbər verir ki, bu barədə "Super" nəşri məlumat yayıb.
Məlumata görə, sənətçi sosial şəbəkədə xəstəxanadan hekayə bölməsində paylaşım edərək narkozdan ayıldığını göstərib. "Super" nəşri müğənnidən nə baş verdiyini və özünü necə hiss etdiyini soruşduqda, Vitas şərh verməyə hazır olduğunu, lakin bunun üçün 500 min rubl ödənilməli olduğunu bildirib.
2025-ci ilin noyabrında isə "Mash" teleqram kanalı xəbər vermişdi ki, Vitas Yeni il korporativ tədbirləri öncəsi Rusiyadakı çıxışlarının qiymətini 1,8 milyon rubl azaldıb. Belə ki, onun konsert proqramının qiyməti 5,3 milyon rubldan 3,5 milyon rubla endirilib.