Səfirin Trampla bağlı yazışması üzə çıxdı: "ABŞ lideri bacarıqsızdır, biabırçı…"
Ayyət Əhməd
10:38 07.07.2019
Dünya
943
İngiltərənin ABŞ-dakı səfiri Sir Kim Darrokun prezident Donald Trampın bacarıqsız olduğu və vəzifəsini biabırçı şəkildə sonlandırma riskinin artdığı haqqında raport yazdığı iddia edilib. Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, “Daily Mail” qəzeti Darrokun diplomatik yazışmaları olduğunu iddia etdiyi mətnlər yayımlayıb.
Xəbərə görə, İngiltərənin Vaşinqtondakı səfiri ABŞ prezidenti haqqındakı diplomatik yazışmalarının birində qeyd edib ki, Tramp idarəçiliyində Ağ evin təsirli siyasət aparmayacağı qənaətində olduğunu deyib. Bununla yanaşı Darrok Trampın mövcud idarəçiliyinin utanc içində sona çatması üçün ortaya nələrinsə çıxacağını yazıb. Tramp hakimiyyətinin skandallar səbəilə çökəcəyini hesab edən səfir, bütün hallarda İngiltərəni Trampı “silməməyə” çağırış edib.
Diplomat yazışmada qeyd edib ki, ABŞ prezidenti həyatının çoxunu mübahisələrdə keçirir: “Amma Tramp hələlik dik dayanıb. O, Arnold Şvasneqqer kimi “Terminator”un final səhnəsində yumruq yeyib, amma sağ şəkildə alovun içindən çıxa bilir”. ABŞ prezidentinin bir şey söyləyib tamamən tərsini etmək riskinin olduğuna diqqət çəkən Darrok, Trampla əlaqə qurmaq üşün düşüncələrin bəsitləşdirilməsi, hətta hər şeyin açıq şəkildə söylənməsinin gərəkli olduğunu vurğulayıb.
Bu məlumat sızması ilə bağlı danışan İngiltərə Xarici İşlər Nazirliyindən bir rəsmi şəxs deyib ki, ingilis xalqı səfirlərdən nazirlərinə vəzifədə olduqları ölkələrə aid dürüst analiz aparmağı gözləyir: “Səfirlərin baxışları hər zaman nazirlərin və ya hökumətin baxışları anlamına gəlmir. Sadəcə səfirlərə səmimi və dürüst olmaları üçün pul ödəyirik”.
ABŞ-ın İngiltərədəki səfirinin də İngiltərə hakimiyyəti və rəsmiləri haqqında yazışmalarla raport verdiyini deyən XİN rəsmisi qeyd edib ki, iki ölkə xəbər sızmalarına qarşı dayanacaq gücdədirlər.
Qeyd edək ki, 65 yaşındakı səfir Darrok, Trampın president seçilməsindən 10 ay əvvəl, 2016-cı ilin yanvarında İngiltərənin ABŞ-dakı səfiri postunu tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm