SEPAH müharibəyə hazırlaşır
SEPAH müharibəyə hazırlaşır
10:18 31.07.2024
Dünya
461
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranı şoka salıb. Ötən aprel ayında İsrailə qarşı genişmiqyaslı hücum həyata keçirən İranın öz ərazisində baş verən sui-qəsdə reaksiyası maraq doğurur.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, Britaniya mediası İranın mümkün cavabı ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli rəhbərləri ilə əlaqə saxlayıb.
"Telegraph" qəzetinə Tehrandan açıqlama verən SEPAH rəsmisi İsmail Haniyəyə qarşı sui-qəsdin korpusu şoka saldığını ifadə edib.
"Seçimlərimizi qiymətləndiririk. Əgər sionist rejimin bunun arxasında olduğu təsdiqlənərsə, aprel hücumundan daha sərt cavab masada olacaq. Bu, suverenliyimizə qarşı hücumdur", - deyə o bildirib.
İranlı hərbi rəsmilər sui-qəsdin müharibə ilə nəticələnəcəyi barədə həmfikirdirlər. Belə ki, SEPAH-ın yüksəkrütbəli üzvü "New York Times"a verdiyi açıqlamada sui-qəsdin İrana müharibə elanı olduğunu söyləyib.
İngiltərənin "Telegraph" qəzeti ötən 13 apreldə İranın İsrailə təxminən 300 kamikadze PUA və raket atdığını, bunların demək olar ki, hamısının ABŞ, Böyük Britaniya və İsrail tərəfindən vurulduğunu xatırladıb. Bu, Tehranın aprelin 1-də İsrail tərəfindən İranın Dəməşq konsulluğuna edilən və yeddi yüksəkrütbəli məmurun öldürüldüyü hücumuna cavab idi. İsrail İranın hücumuna İranın mərkəzindəki hərbi bazada yerləşən radar qurğusunu vuraraq cavab verdi; lakin İran bu əməliyyatı rəsmi olaraq qəbul etməyib.
"Telegraph"ın Təl-Əvivdəki analitiki Yotam Konfino İran və İsrail arasında müharibə ehtimalını qiymətləndirərkən, HƏMAS-ın İsrailin xaricdəki nümayəndələrinə qarşı hücum və oğurlama əməliyyatları həyata keçirə biləcəyini deyib.
"Regional təhlükəsizlik baxımından daha böyük risk İsrailin Beyrutda yüksəkrütbəli "Hizbullah" rəsmisini öldürməsi oldu", - deyən Konfino Haniyəyə qarşı sui-qəsddən sonra İranın HƏMAS-ın xaricdəki İsrail hədəflərinə qarşı cavab planlamasına kömək edə biləcəyini ehtimal edib.
"Guardian" qəzetində isə İsrail və HƏMAS arasındakı atəşkəs danışıqlarının perspektivi qiymətləndirilib.
"HƏMAS lideri İsmail Haniyənin öldürülməsi İsrail üçün siyasi və hərbi qələbə ola bilər, lakin HƏMAS-a da atəşkəs danışıqlarından çıxmaq üçün bəhanə verə bilər", - deyə dərc olunan təhlildə vurğulanır.
Nəşrdə hücumun müharibəni sona çatdıracaq və bütün girovları azad edəcək razılaşmaya nail olmaq ehtimalını azaltdığı qeyd edilərək, regional münaqişənin qarşısını almaq üçün qlobal diplomatik səylərin təhlükə altında olduğu vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya