Serbiyada koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub
04:39 16.03.2020
Dünya
575
Serbiya hökuməti koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Prezident Aleksandr Vuçiç deyib.
Serbiya Səhiyyə Nazirliyi bazar günü axşam saatlarında ölkədə 48 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb. Hökumət qidanın, qoruyucu vasitələrin və şəxsi gigiyenik vasitələrin qiymətlərini məhdudlaşdırıb. Nazirlər Kabineti, həmçinin 50 nəfərə qədər insanın kütləvi şəkildə toplaşmasını qadağan edib və 65 yaşdan yuxarı vətəndaşların ehtiyac olmadığı müddətdə evdən çıxmamasına dair çağırış edib.
Müdafiə Nazirliyi bazar günü ölkə təhlükəsizliyi üçün təhdid və risklərin qiymətləndirilməsini aparıb və bu barədə rəsmi olaraq Serbiya Prezidentinə məlumat verib. Bu isə konstitusiya əsasında prezidentə təcili tədbirlər görməyə imkan verəcək. Dövlət başçısı bazar günü axşam milli böhran qərargahının rəhbərliyi və Serbiya Patriarxı İrineylə görüşlər keçirib, daha sonra xalqa müraciət edib: “Qərarda deyilir – biz Serbiyada fövqəladə vəziyyət rejimini elan edirik. Bu rejim elan edildiyi andan, yəni bu dəqiqədən qüvvəyə minir”, - deyə Vuçiç mətbuat konfransında bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya