Sərnişin qıza pilot kabinəsində şelfi çəkməyə icazə verən ekipaj üzvü sərt cəzalandırılıb
11:27 05.11.2019
Dünya
496
Çində tanıdığı sərnişin qıza pilot kabinəsində selfi çəkdirmək üçün icazə verən və bununla da təhlükəsizlik qaydalarını kobud şəkildə pozan ekipaj üzvü uçuşlardan ömürlük kənarlaşdırılıb.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, pilot kabinəsində kresloda əyləşən qız çəkdiyi selfini sosial mediada paylaşıb. Bir neçə dəqiqədə 22 min insanın bəyəndiyi fotoşəkil Çinin aviasiya blogerləri tərəfindən saniyələr içərisində yayılıb və bundan sonra sərnişin qız onu dərhal profilindən silib. Sosial şəbəkədəki insanlar təyyarənin məxsus olduğu “Air Guilin” aviaşirkətini sərnişinlərin həyatını təhlükəyə atmaqda ittiham ediblər. Aviaşirkət də Guilin və Yançjou şəhərləri arasında uçan təyyarədə baş vermiş insidenti təsdiqləyib və sərnişinlərdən üzr istəyib. Daxili təhqiqat aparıldığını və bütün ekipaj üzvlərinin uçuşlardan kənarlaşdırıldığını qeyd edən aviaşirkət rəhbərliyi bildirib ki, qızı kabinəyə buraxan pilota mülki aviasiyada uçmaq birdəfəlik qadağan ediləcək. “Beijing Youth Daily” nəşrinə müsahibə verən şirkət nümayəndəsi deyib ki, həmin pilotun digər aviaşirkətlərdə işə düzəlməsinin qarşısını almaq üçün də müvafiq tədbir görülüb.
Qəzetin xəbərində selfi çəkən qızın pilotla əvvəldən tanış olduğu da qeyd olunub. Bildirilir ki, ötən il öz həyat yoldaşını pilot kabinəsinə buraxan ekipaj komandiri də 6 ay müddətinə uçuşlardan kənarlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Orhan Gencebayın həyatı film olacaq
16:16 09.12.2025
Mədəniyyət
Tramp: Ukraynada seçki keçirilsə, o, qalib gələ bilər
16:04 09.12.2025
Dünya
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
15:58 09.12.2025
Rəsmi
“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyinat olub
15:46 09.12.2025
Futbol
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı
15:40 09.12.2025
Tarix
Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR
15:36 09.12.2025
Sağlamlıq
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
15:31 09.12.2025
Futbol
Bütün dünya belə yatır! Meyvənin turşuluğu belə önəmlidir
15:15 09.12.2025
Sağlamlıq
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət