
Türkiyə terrorla mübarizəsini Əsəd rejiminə qarşı olsa belə, davam etdirir -Ekspert
16:08 28.11.2024
Dünya
516
İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin yardımı ilə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi silahlılara qarşı əməliyyata başlayıb. Əməliyyat nəticəsində “Heyət Təhrir əş-Şam” Hələb ətrafında böyük bir ərazini Suriya qoşunlarından təmizləyib.
Hazırda türkiyəyönlü qüvvələrin dəstəklədiyi qruplaşma Hələbin şəhər mərkəzinə yaxınlaşıb və gün ərzində davam edən qarşıdurmalarda təqribən 250 kvadrat kilometr ərazini nəzarətə götürüb. Nəzarət altına alınan bəzi yerlərdə Suriya Prezidenti Bəşər Əsədin fotoları endirilib.
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsədin Moskvaya getdiyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi iddia edilir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Suriyada başlayan son əməliyyatların əsas məqsədi Bəşər Əsədin siyasi fiqur kimi məğlubiyyətə düçar edilməsidir:

"Əsədin həm Rusiya, həm də İran kimi dövlətlərdən dəstək alaraq onların maraqlarını bölgədə təmin etməsi, artıq Suriyada baş verənlərin yalnız daxili yox, regional qarşıdurma olduğunu göstərir. Lakin düşünmürəm ki, hazırkı əməliyyatlar əsaslı nəticələr verəcək. Hesab edirəm ki, bu, növbəti mövqe savaşlarına çevriləcək. Həmçinin zaman-zaman döyüşlər səngiyəcək və tərəflər görəcək ki, bir-birini məhv etmək üçün yekun hərbi gücə malik deyillər. Digər tərəfdənTürkiyə tərəfi dəfələrlə Bəşər Əsəd hökumətinə problemin həlli üçün əl uzatsa da, o, İrandan və Rusiyadan verilən təlimatlara görə o Türkiyə əleyhinə addımlar atdı. Təsadüfi deyil ki, rəsmi Ankara üçün ən azı PKK qədər problem halına gələn YPG terror qruplaşması, Suriya rejimindən dəstək almaqla fəaliyyət göstərir. Məhz buna görə də Türkiyə terrorla mübarizəsini Əsəd rejiminə qarşı olsa belə, davam etdirir".
Ekspert əlavə edib ki,Əsədin Moskvaya səfəri isə dünəndən başlayan əməliyyatlara görədir:
"Suriya prezidentinin Putindən ona verilən dəstəklərin artmasını istəyəcəyini düşünürəm. Hazırda Rusiyanın Orta Şərqdə maraqlarını qoruyan əsas qüvvə elə Əsəd rejimidir. Ona görə də Putinin bu məsələdə əlindən gələni edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya