Türkiyə və İsveç liderləri arasında telefon danışığı olub
Yusif Nəzərli
13:14 21.05.2022
Dünya
293
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının əlaqələr şöbəsi yayıb.
Bildirilib ki, telefon danışığında ikitərəfli əlaqələr və İsveçin NATO-ya üzvülüklə bağlı müraciəti müzakirə olunub.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiklərini bildirərək, alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğunu vurğulayıb. O, Türkiyənin uzun müddətdir İsveçin PKK/YPG-PYD-nin nəzarəti altında olan şəxslərlə təmaslarından narahat olduğunu qeyd edərək, FETÖ terror təşkilatının İsveçdə fəaliyyətini davam edirdiyini bildirib.
Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoymasının vacibliyini vurğulayıb. O, terrorçu PKK/PYD-YPG qruplaşmasının İŞİD-ə qarşı mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, İsveçdən PKK-nın Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.
Məlumata əsasən, R.T. Ərdoğan Suriyadan Türkiyəyə yönələn terror təhlükəsi səbəbilə həyata keçirməyə məcbur olduqları “Barış Pınarı” əməliyyatından sonra İsveç müdafiə sənayesinin ölkəsinə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırmasının vacibliyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm