Ukrayna hərbçilərinin bir qismi Britaniyaya göndərildi - SƏBƏB
Yusif Nəzərli
14:40 23.05.2022
Dünya
422
Yeni Zelandiya Müdafiə Nazirliyi Ukrayna artilleriyaçıları üçün “L119” haubitsalarının atəşə tutulması üzrə təlimlərin təşkili məqsədilə Britaniyaya 30 hərbçi göndərəcək. Bu barədə məlumatı Baş nazir Casinda Ardern təsdiqləyib.
“Əsgərlər iyulun sonuna qədər Böyük Britaniyada yerləşdiriləcəklər. Xüsusi məqsəd Ukrayna əsgərlərinə Yeni Zelandiya hərbçilərinə tanış olan xüsusi tipli artilleriyadan istifadəni öyrətməkdə köməklik göstərilməsidir. Bu tədbir Ukraynanın tərəfimizdən dəstəklənməsinin daha bir üsuludur”, – deyə baş nazir bildirib.
Onun sözlərinə görə, Yeni Zelandiya ordusu “heç bir halda Ukraynaya getməyəcək”.
Təlim kurslarında Ukrayna Silahlı Qüvvələrinin (APU) hərbçilərinin ümumi sayı 230 nəfər olacaq. Onların təlim müddəti silahların material hissəsinin öyrənilməsi üçün bir həftə təşkil etməklə, növbəti iki-üç həftə isə təlimlər çərçivəsində bölmələrin döyüş koordinasiyasına həsr olunacaq.
“L119” haubitsaları yüngül zirehli texnikaları effektiv şəkildə məhv etməyə qadirdir. Bu silahdan 105 mm-lik mərminin birbaşa vurulması bəzi hallarda zirehli texnikanı (məsələn, ZTR) tamamilə məhv edə və ya gövdəsini ciddi şəkildə zədələyə bilər.
Mənbə: Lenta.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət